• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Türkiyənin iqtisadiyyat naziri “Petkim”də oldu

Türkiyənin iqtisadiyyat naziri “Petkim”də oldu
18.03.2016 19:51
Türkiyə Cümhuriyyəti olaraq, Trans Anadolu Boru Kəməri (TANAP), "Star” Neft Emalı Zavodu, "Petlim” konteyner limanın inşasını daim dəstəkləmişik və bu dəstəyimiz davam etməkdədir.
 
"Report”un xəbərinə görə, bunu "SOCAR Energy Türkey"in prezidenti Kənan Yavuzla "Petkim PetroKimya Holding A.Ş.”ni ziyarət edən Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş deyib.

M.Elitaşın sözlərinə görə, hər iki ölkə arasında reallaşmaqda olan böyük investisiya layihələri Türkiyə və Azərbaycanın əlaqələrini daha da möhkəmləndirəcək.

Türkiyəli nazir Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin, SOCAR-ın investisiyaları ilə fərqli bir ölçü qazandığını bildirərək, Ankarada baş verən terror aktından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya gələrək həm başsağlığı verdiyini, həm də 6 strateji razılaşmaya imza atıldığını xatırladıb.

M.Elitaş Türkiyə və Azərbaycanın "Bir millət, iki dövlət" idealını bölüşməsi ilə birlikdə, iki strateji ortaq ölkə olduğunu vurğulayaraq, "Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin yaşadığı mənfur terror hücumu sonrası Ankaraya gəlmiş və hörmətli prezidentimizə başsağlığı diləklərini çatdırmışdır. Terror hücumu səbəbindən Bakıda keçirilməsi planlaşdırılan 5-ci Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yığıncağı cənab Əliyevin tələbi ilə Ankarada baş tutdu və Azərbaycan Prezidenti Ankaraya gələrək bir tərəfdən kədərimizi paylaşdı, digər tərəfdən də strateji əməkdaşlıq yığıncaqları həyata keçirilərək iki ölkə arasında altı razılaşma imzalandı. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev keçirdikləri birgə mətbuat konfransı ilə bu razılaşmaları açıqladılar" deyib.

Kənan Yavuz isə bildirib ki, hər iki ölkə üçün əhəmiyyətli olan bu layihələrdə işlər planlaşdırılmış şəkildə davam etdirilir. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları "Star” Neft Emal Zavoduna 18 il müddətinə 3,3 mlrd. ABŞ dolları həcmində maliyyə ayırıblar ki, bu da Türkiyədə real sektorun tarixində ən uzunmüddətli layihədir: "2018-ci ildə fəaliyyətə başlayacaq emal zavodu Türkiyənin idxalının azalmasına səbəb olacaq və bu zavod Türkiyədə ildə 10 mln. ton həcmində neft emal edə biləcək ilk özəl müəssisə olacaq”. 

Nümayəndə heyəti ilə birlikdə Petkim yarımadasını ziyarətində nazir deyib ki, SOCAR Türkiyənin ən böyük birbaşa xarici sərmayəçi şirkətidir. Petkim yarımadasında davam edən və "Neft Emalı-Petrokimya-Enerji-Logistika-Dağıtım" inteqrasiya zəncirini meydana gətirəcək sərmayələrlə Türkiyənin eyni zamanda ilk Kimya Sənaye Parkına da qovuşacağını vurğulayan nazir bu layihələrə hər zaman dəstək verəcəklərini qeyd edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol