• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Metro terroru" - 22 il ötür

19.03.2016 09:30
Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib.

1994-cü il mart ayının 19-da 13:00-da "20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.

Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb.

Ölkə prezidenti terror aktının araşdırılması üzrə dövlət komissiyasının yaradılması barədə fərman imzalayıb. Cinayətin törədilməsində şübhəli bilinən "Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib.

İstintaqın nəticələrinə görə terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib, onlardan ikisinə ölüm hökmü verilib, doqquz nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edilib.

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. 8:30-da "28 May” stansiyasından çıxan, "Gənclik” metrostansiyasının platformasından 500 metr qalmış, elektrik qatarının vaqonunda bomba partladı. Partlayışdan sonra qatarın vaqonları alışdı. Teror aktı nəticəsində 13 nəfər həlak oldu, 58 nəfər yaralandı.

"28 May” və "Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə fakt üzrə Moskvada Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana göndərdilər. 1998-ci ildə Aslanov bu teror aktını keçirmək göstərişini erməni əsirliyində olarkən, publisist Zori Balayandan aldığını dedi.

Məhkəmə ona ömürlük həbs cəzası verdi. İstintaq müəyyən etdi ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.

1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol publisisti xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib, sonra isə Azərbaycan prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verdi.

Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanı axtarılan şəxslər siyahısından sildi.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhərrəm ayı başladı
Cəmiyyət 11:17
Məhərrəm ayı başladı
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
Cəmiyyət 18:04
QMİ Məhərrəm ayının başlanması ilə bağlı fətva verdi
Cəmiyyət 17:45
"Dağüstü park"dan Bakının səhər görüntüsü - FOTOLAR
Ramil Usubov general və polkovniki təqaüdə göndərdi
Cəmiyyət 19:30
Ramil Usubov general və polkovniki təqaüdə göndərdi
Azərbaycan əhalisinin sayı açıqlandı
Cəmiyyət 10:50
Azərbaycan əhalisinin sayı açıqlandı
Sinoptiklərdən xəbərdarlıq: Sabah hava şaxtalı olacaq
Cəmiyyət 12:38
Sinoptiklərdən xəbərdarlıq: Sabah hava şaxtalı olacaq
Qafqaz Universiteti ləğv olundu
Cəmiyyət 09:54
Qafqaz Universiteti ləğv olundu
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Cəmiyyət 11:21
Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Xankəndinin işğalı – 25 il
Cəmiyyət 09:00
Xankəndinin işğalı – 25 il
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol