• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident: “Azərbaycanın başqa dövlətlərin qarşıdurma məkanına çevrilməsinə imkan verilməyəcək”

Prezident: “Azərbaycanın başqa dövlətlərin qarşıdurma məkanına çevrilməsinə imkan verilməyəcək”
19.03.2016 14:30
"Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı söyləyib. 
 
Dövlət başçısı deyib ki, Novruz bayramı milli sərvətimizdir: "Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulub. Bu il müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi qeyd ediləcək. Müstəqilliyimizin ilk illərindəki çətinliklərin aradan qaldırılmasında Heydər Əliyev böyük xidmətləri var”.
  
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparır: "Dünyada mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır. Biz çalışacağıq ki, xalqımızı bütün risklərdən qoruyaq, insanların rahat yaşayışını təmin edək. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmır, heç bir avantüraya qatılmır. Beynəlxalq məsələlərlə bağlı Azərbaycanın prinsipial mövqeyi var, Azərbaycan ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ölkəmizin başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilməsinə heç vaxt imkan verilməyəcək. Azərbaycan öz siyasəti ilə dünya miqyasında böyük hörmət qazanıb və bu hörmət getdikcə artır”. 
 
Dövlət başçısı qeyd edib ki, bu il bir neçə xarici ölkədə səfərdə olub, ölkəmizə bir çox dövlət və hökumət başçıları səfər edib, Bakıda bir neçə beynəlxalq tədbir keçirilib: "Bu, ölkəmizin fəal xarici siyasətindən irəli gəlir, Azərbaycan qlobal məkanda böyük rol oynayır”. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol