• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Cüdo Klubu 2012" - cüdoda uğur formulu - VİDEO

22.03.2016 15:29
 Azərbaycanda cüdo idman növünün inkişafına xidmət edən cəmiyyətlərdən biri də "Cüdo Klubu 2012" İctimai Birliyidir.

"Report" xəbər verir ki, klubun yaradıcısı Azərbaycan Cüdo Veteranlar Assosiasiyasının prezidenti, ustalar arasında ikiqat dünya çempionu, veteranlar arasında dəfələrlə dünya və Avropa birincisi olmuş Azər Əsgərovdur.

Hazırda onun təsisçisi olduğu klubda müxtəlif yaş qruplarından təqribən 500 idmançı məşq edir.

Klubun fəaliyyət göstərdiyi bina 4 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində yeniyetmə və uşaqlar üçün zal fəaliyyət göstərir, ikinci mərtəbədə isə yataqxana yerləşir. Bura idmançıların təlim-məşq toplanışları zamanı qala bilmələri və istirahət etmələri üçün nəzərdə tutulub. Üçüncü mərtəbədə gənclər və veteranlar məşq edirlər. Dördüncü mərtəbədə yerləşən zalda isə hər kəs - yeniyetmələr, gənclər, veteranlar məşq edir.

2012-ci ildən fəaliyyət göstərən klubun təmsilçiləri həm ölkə çempionatı, həm də beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər.

"Klubun yaradılmasında əsas məqsəd usta veteranlar üçün məşq yeri təşkil etmək olub. Lakin sonradan elə oldu ki, burada təkcə ustalar deyil, bütün yaş qruplarının nümayəndələri məşq etməyə başladılar. Artıq bizim klubda 6 yaşdan 60 yaşa qədər hamı məşq edir və onlar həm respublikada, həm də xaricdə keçirilən yarışlarda iştirak edirlər", - deyə veteran cüdoçu, dünya çempionu Fərhad Rəcəbli bildirib. 
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 01:14
"Liverpul"dan möhtəşəm qələbə - Video
Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO
İdman 14:41
Kamran Ağayevi ağır cəza gözləyir – VİDEO
Futbol tarixində ilk: YAŞIL VƏRƏQƏ - VİDEO
İdman 16:40
Futbol tarixində ilk: YAŞIL VƏRƏQƏ - VİDEO
Rumıniya Ermənistanı darmadağın etdi - DÇ-2018-in NƏTİCƏLƏRİ+VİDEO
İdman 09:15
Rumıniya Ermənistanı darmadağın etdi - DÇ-2018-in NƏTİCƏLƏRİ+VİDEO
Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır
İdman 21:17
Səmədov Yemelyanenkoya qarşı: Burada kişilər belə boya-başa çatır
Neftçi”nin 8:0 məğlub olduğu oyun - VİDEO
İdman 11:44
Neftçi”nin 8:0 məğlub olduğu oyun - VİDEO
“Qәbәlә”nin qollu heç-heçәsi - VİDEO
İdman 23:24
“Qәbәlә”nin qollu heç-heçәsi - VİDEO
Portuqaliya ilk dəfə Avropa çempionu oldu – VİDEO
İdman 09:00
Portuqaliya ilk dəfə Avropa çempionu oldu – VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol