• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

“Azərbaycana qalib gəlməmək ayıb idi”

“Azərbaycana qalib gəlməmək ayıb idi”
29.05.2020 02:41
"Almaniya yığması əla vəziyyətdədi. Fikrimcə, bu oyun futbolçularımızın səviyyəsini yoxlamaq üçün yaxşı imkandı”.
 
Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev deyib.

AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində öz meydanında millimizlə (2:2) bərabərə qalan Rusiya yığması bu gün qrupun lideri Almaniyanı qəbul edəcək.

Pisarev yerli mətbuata açıqlamasında budəfəki görüşün onlar üçün daha asan keçəcəyini bildirib: "Almaniya matçın favoritidi. Amma bizi maraqlı oyun gözləyir. Azərbaycanla görüşdən fərqli, almanlara qarşı oynamaq asan olacaq. Çünki Azərbaycan bütün komanda ilə müdafiə olunurdu. Belə rəqiblə oynamaq da çətin olur. Almanlarla oyunöncəsi əks-hücumların üzərində çox çalışmışıq. Çünki rəqib hücum futbolu göstərir və çox qol vurur. Bu dəfə fərqli oyun olacaq. Tapşırıqlarımız da buna uyğun olacaq. Fikrimcə, matça hazırıq”.

48 yaşlı mütəxəssis yığmamızla görüşdə buraxdıqları səhvlərin üzərində çalışdıqlarını vurğulayıb: "Razıyam, Azərbaycana qalib gəlməmək ayıb idi. Bu görüşün təhlilini aparmışıq. Deməliyəm ki, bizim standart vəziyyətlər zamanı problemlərimiz olur. Qolları da belə buraxırıq. Almaniya ilə matçda bunun təkrarlanmamağına çalışacağıq. Hər kəs maksimum qüvvə ilə mübarizə aparmalıdı. Çünki bu, futbolçular üçün bir şansdı. Özlərini göstərə bilsələr, bu, gələcək karyeralarına da yaxşı mənada təsir edə bilər”.
 
Qeyd edək ki, Rusiya – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol