• $
  • £

Həqiqəti bilməyin vaxtı çatıb – MÜSAHİBƏ

Həqiqəti bilməyin vaxtı çatıb – MÜSAHİBƏ
29.03.2016 14:41


Böhrandan əvvəlki tox vaxtlar, dünyanın problemləri barədə danışmağın mümkün olduğu dövr arxada qaldı. Bugün dünya özü böyük bir problemə çevrilib. Qayğısız həyat başa çatıb. Həmişəlik. Bəziləri bu həqiqətdən depressiyaya düşürlər, bəziləri də "Vəba dövründə kef edirlər”, Qalib Xəlil isə bu barədə kitablar yazır. Onlardan birincisi, "Dünyanın üfüqlərinə yaxınlaşarkən” bir müddət əvvəl Bakının kitab mağazalarının piştaxtalarında peyda oldu və oxucu auditoriyası arasında böyük marağa səbəb oldu. İqtisadçı, politoloq, ABŞ-ın Corctaun universitetinin məzununu nə məcbur elədi ki, fəaliyyət sahəsini dəyişdirsin? 

- Siz Allaha inanan iqtisadçı və sevgi-məhəbbətdən yazan politoloqsunuz. Ortaya vegeterian pələng çıxır, bu necə olur? 

- Yaxud da ət yeyən fil. Məncə, ziddiyətlər və əksliklər hər bir insanın təbiətinə xasdır, onun fəaliyyət sahinə təsir edən əsas iki cəhəti qeyd edə bilərik: məğz və forma. Mənim timsalımda isə, iqtisadiyyat və politologiyanı oxumaqla, mən dünyanı öyrənirəm, daha doğrusu dünya quruluşunun formalarını. Ancaq məğz olaraq, mən özümü inanclı, romantik və idealist insan hesab edirəm. Ona görə də çalışıram iqtisadiyyat və politologiyaya dair düşüncə və fikirlərimi ədəbi formada ifadə edim və insanlara indi hansı mərhələdə olduğumuzu, keçmişimin bizi hara istiqamətləndirdiyini və bizi gələcəkdə nə gözlədiyini çatdırım. Bu gün politoloq və iqtisadçılar çox tələb olunurlar, belə ki, yeni coşğun tarix publikaya paylaşmaq üçün bizə çoxlu material təqdim edir. Mən də buna cəhd edirəm və bundan ötrü ümumi planetimizdəki insanlarla əlaqə üçün yeni ünsiyyət forması seçmişəm – bədii ədəbiyyatı. 

- Hər kəsin paylaşmağa nəyisə var! Bəs siz niyə güman edirsiz ki, sizdə xüsusi informasiya var? 

- Bilik və bazam inanca əsaslanır, buna mən uzun illər davam edən həyatın mənasına dair əzablı axtarışlardan sonra gəlmişəm. 

- Bu əzablı prosesdi, axı insan bu sualın cavabını tapmasa, həyat mənasızlaşar! 

- Məğz olaraq bu, insanın şüurlu həyatında əsas prosesdir, bu həyatda hər kəs məqsədyönü olaraq, Yerdə öz həyatının mənasını tapmağa çalışmalıdır. 

- İlk dəfə neçə yaşınızda həyatın mənası barədə düşünmüsünüz?
 
- Çox erkən yaşlarda və bu məsələdə ədəbiyyat böyük rol oynayıb. Mən çox tez mütaliə etməyə çalışmışam, bu da mənə erkən yaşlarımda formalaşmağa imkan yaradıb. İlk dövrlər bu adi uşaq ədəbiyyatı idi – Lui Bussenar, Konan Doyl, sonra Düma, 12 yaşımda isə tamamilə təsadüfən Tolstoyun "Hərb və sülh”ü əlimə keçdi, oxumağa başladım və dayana bilmirdim! Ondan sonra, digər ədəbiyyat nəhənglərinə baxmayaraq, Tolstoy mənimçün ədəbiyyatda Süd Yoludur. 

- Lev Nikolayeviç ziddiyyətli şəxsiyyət olub – Allaha qarşı üsyan, İncili yenidən yazmaq cəhdi, ailəsiylə qarışıq münasibətlər...

- Bu Allahdan daha çox xristianlıqdakı dini institutlara qarşı üsyan olub. Mən onda özümdə olan bir şeyi tapdım, heyratamiz, anlaqsız şəkildə özündə ziddiyyətləri ehtiva etmək və daşımaq qabiliyyəti. Tolstoyun sonrakı həyatındakı axtarışlarında çox maraqlı müsəlman fikirləri var, bu da onun İslam inancına bağlılığını göstərir. O, "Quran”ı, Məhəmməd peyğəmbəri qəbul edirdi, ona görə də bir çox müsəlmanlar onu inanc qardaşı hesab edirlər. Tolstoy çox mürəkkəb fiqurdu, ancaq mənimçün cəlbedici olan da ondakı mürəkkəblikdi, axı mən özüm də özümdəki bəzi şeyləri tam çözməmişəm. 

- Deməli, siz bu dünyaya nə üçün gəldiyiniz barədə suala hələ cavab tapmamasınız. Siz bu barədə danışa bilərsinizmi, yoxsa çox şəxsidir? 

- İnanc məsələsi hər zaman çox şəxsidir, ancaq həyatdakı missiyanı hər zaman axtarmaq olur... İnanc məsələsindəki suallara gəldikdə isə, uzun illər davam edən axtarışlardan sonra mən bu barədə qərara gəldim ki, bizim hamımız yaradılmışlarıq və bizim bir Yaradıcımız var. Kiminsə üçün belədir, yox, bilmirəm, amma mənimçün bu aydın reallıqdır. Bu fikrə gəlib çatmaq üçün mənim həyatımda Yaradıcının mövcud olduğunu təsdiq edən çoxsaylı faktlar olub və olur. Bunu dərk edəndən sonra mənim özümə, digərlərinə olan münasibətim dəyişdi, bundan sonra isə müntəzəm olaraq, həyatın mənasına dair açar sualların cavabların tapmağa başladım. Bu düşüncələr mənim yeni dünyagörüşümün ilk qaranquşları oldu, axı sən bir şeyi qəbul edib dərk edirsənsə, həyatın tamamilə dəyişir. 

- Yaradıcının mövcudluğu barədə fikri qəbul etmək doğrudanmı çox çətindir? 

- Əlbəttə, çətindir! Xüsusilə materiya prinsiplərinin insanların həyatında əsas yer tutduğunu nəzərə alanda. Mən özüm də bir vaxtlar buna  o qədər əmin idim ki, bu artıq mənim dünyanı dərketməyimə çevrilmişdi! Yalnız illər keçəndən sonra mən Allah barədə düşünməyə başladım və bununçün qaranlıqda işığa aparan yolun istiqamətlərini axtarmalı və tapmalı idim. 

Əvvəlcə dinin hansısa mənada konkret qanunlara əsaslanan doqma olduğu  fikriylə barışmaq çox çətin idi, biz material dünyada nəyisə dəyişməyə nail olsaq, onda mənəviyyat məsələsində dəyişiklik etməyə qabil deyilik. 

- Elitanın istənilən nümayəndəsi tarixi yaxşı bilir, bu mənada dünya ağalığı istəyən fironlar, Makedoniyalı İskəndərlər, Yuli Sezarlar, Teymurlar, Napaleonlar, Hitlerlər, Stalinlər – hamısı cəhd etdilər, amma alınmadı! Bəs nəyə görə elitalar əsrdən əsrə eyni səhvləri təkrar edirlər? 

- Bu, siqaret çəkməklə bağlı detala bənzəyir – onun zərərli olduğunu hamı bilir, amma çəkirlər, çünki insan təbiəti belədir! (Yeri gəlmişkən, mən həyatın mənasına dair suallara cavab axtarmağa başlayandan siqaret çəkməyi tərgitmişəm, bu asılılıq məni bezdirməyə başladı və mən ondan xilas oldum). Hər kəs fikirləşir ki, o bütün problemləri həll edəcək, onda alınacaq, çünki o hamıdan ağıllı, istedadlıdır. Hakimiyyət əzmi qarşısıalınmazdır, buna çatmaq çün elitalar milyonlarla insanı qurban verməkdən də çəkinmirlər. 

- Robert Uorrenin "Kralın bütün qoşunu” romanının qəhrəmanı deyir ki, Sən şərdən xeyir düzəltməlisən, çünki onu düzəldəsi başqa bir şey yoxdur. Siz iqtisadiyyatı və politologiyanı ona görə oxuyursuz ki, şərdən xeyir düzəldəsiz? 

- Mənim dünyagörüşümdə bizim həyatımız Xeyirlə Şər arasında daimi seçim məsələsidir: hər iki kateqoriya bizim yanımızda olur və biz hər seçimimizdə uzun həyatımızda saniyəlik sınaqlardan keçirik. 

- Kişilərin idarə etdiyi dünya ümumiyyətlə sıradan çıxıb – müharibələr, münaqişələr, ambisiya mübarizələri, kompleksləri doydurmaq. 

- Bizim dünyamız təkcə müharibə, rəzillik və satqınlıq tarixi deyil, həm də Şərə qarşı mübarizədir! Bu mənada dünyada həmişə balans var, uşaq nağıllarındakı kimi, Xeyir sonda Şərə qalib gəlir. İlahi də məhz bununçün insanları yaradıb. Bəzilərini o, cənnətlə mükafatlandırır, digərlərini cəhənnəmlə. Kitabımdakı qadın qəhrəmanlardan biri belə deyir: heyvanların təkcə instinktləri var, ağılları yoxdur, mələklərin təkcə ağlı var, instinktləri yoxdur və onların seçimi yoxdur. İnsanın insan həm instinktləri, həm də ağlı var, həm də seçim etmək hüququ, çünki o Allahın yaratdığı ali məxluqdur. İnanclı insan əmindir ki, dünya yaradılışının bütün prinsiplərini Yaradıcı qurub, insanlar cazibə qanunu inkar edə bilməzlər, ancaq təbiətin başqa qanunları da var. Ancaq elə qanunlar var ki, ürəyimiz istəsə inkar edə bilərik – bu əxlaq və mənəviyyat qanunlarıdır ki, Allah bizə seçim etmək imkanı verib. Biz məhz bu məsələdə azadıq və bizim gündəlik imtahanımız belə keçir. Tanrının dediklərinə əməl etmədən biz öz dəyələrimizə və qanunlarımıza riaəyət edə bilərik, ancaq həyatdan sonra biz Tanrının bizimçün müəyyən etdiyi yerə gedəcəyik, bizim hərəkələrimiz, davranışlarımızı qiymətləndirmək onun öhdəsində olacaq. 

- Dediniz ki, asılılığı sevmirsiniz. Ancaq sizin ikinci kitabınız "LibLana, və ya məhəbbətlə cəzalandırılanlar”dan («ЛибЛана, или наказанные Любовью») incə lirik çıxarışları oxuyanda belə bir sual yarandı – bəs sevgi də asılılıq deyilmi? 

- Əksər insanlar, hərə də bir cür öz hisslərindən asılıdır, məsələ də budur ki, onu bizə kim verir. Bununla belə, sevgi bizə elə daxili azadlığı verməyə qadirdir ki, biz qəlbimizdə bir duyğu olduğunu hiss edək. 

- Siz iqtisadiyyatı müşahidə etdiyiniz kimi, mən də kişiləri müşahidə edirəm və belə bir qərara gəlmişəm ki, onlar qadını deyil, onun yaratdığı hissi sevirlər. Amma bu qadınlara münasibətdə ədalətsizlikdir axı! 

- Ümumiyyətlə, məhəbbət bizdə ilk olaraq həyatımızda peyda olan konkret insandan dolayı korluq, daxili yaşantılar və emosiyalardan doğan eyforiya yaradır. Onun sonrakı tranformasiyası isə hər iki insanın fərdi keyfiyyətlərindən asılıdır. Bu hiss eqoizmin bir kənara atılmasıdan tutmuş, fədakarlıq arasında var-gəl edə bilər. Afrika qəbiləsinin hərbçisi də sevə və öz hisslərini coşğun hisslərin müşayiətiylə kəskin rəqslə ifadə edə bilər. Ancaq eyni zamanda biz Hötenin və Puşkinin məhəbbəti necə ifadə etdiyini də bilirik. Sərhəd prizması hərədə bir cürdür, ancaq sevginin bəyaz rəngi eyni cürdür. Və prizma nə qədər mürəkkəbdirsə, hisslər də çoxyönlüdür, sevən qəlbdən gələn şüaların çoxrəngliliyi kimi. 

- Kitabları kimləri düşünərək yazırsınız – qadınları, yoxsa kişiləri? 

-Kişilərin boş vaxtı kifayət qədər az olur, ona görə də oxucu auditoriyasının 70 faizini qadınlar təşki edir, onlar da məhəbbət lirikasını üstün tuturlar. Mənim ilk kitabım məhəbbət lirikası elementlərinə baxmayaraq, kəskin süjetli janra mənsubdur. Amma ikincisi qadın oxucu auditoriyasında maraq yarada bilər, baxmayaraq ki, mən əvvəlcədən qarşıma belə bir məqsəd qoymamışdım. Özümün ilk roman-trilleri "Dünyanın üfüqlərinə yaxınlaşarkən”i («Приближая горизонты мира») dostlarıma göndərmişdim və onların yarısı qadınlar idi və yeri gəlmişkən, onlardan mənə daha çox müsbət cavablar və emosianal rəylər eşitdim, kişilərdən isə tənqid edən çox idi.  

- Bəs sizin üçün vacib olan nədir? 

- İlk kitabımı yazanda heç düşünməmişdim ki, bu məşğuliyyətə belə aludə olacam, proses zamanı məndə digər kitablarımda istifadə edəcəyim başqa ideyalar da doğuldu. Ona görə də hazırki mərhələdə tənqid mənimçün çox vacibdir. Bəzən kəskin bir sözdə daha çox fayda olur, nəinki müsbət rəylərdə. 

- Məhəbbət lirikasında düşüncələrinizi nəşr etməkdən qorxmursuzmu, belə siz həssas nöqtələrinizi göstərirsiniz. 

- Xeyr, axı mən kitablarımı məhəbbətin sayəsində yazıram... İlk əvvəl mən əlaqəsiz düşüncələrimi yazırdım, ancaq süjet xətti qurmaq üçün mən də nəsə çatmırdı. Sonra başa düşdüm nə çatmır – həqiqi nüfuzeducu hisslər və sevgidən ilham. Və axırıncı məhəbbətim mənə baş çəkəndə, məndə belə bir təəssürat yaranmışdı ki, bu hissləri həyatımda ilk dəfədir yaşayıram, onlar bu dəfə elə dərin, elə təravətliydi ki. İkinci kitabımda yazdığım sonuncu məhəbbət hekayəsi tamamilə platonik idi! 

Bizi uzun məsafələr ayırırdı, biz bir-birimizi tanımış və dəlicəsinə, ümidsizcəsinə yalnız yazışma yoluyla bir-birimizə aşiq olmuşduq. Taleyin ironiyası budur ki, mən elə öz nihilizmimin qurbanına çevrildim, çünki hər zaman platonik sevgilərə gülüb keçmişdim. Mənimçün bu cəfəngiyyat idi!  Ancaq mən bununla rastlaşanda başa düşdüm ki, platonik məhəbbətdə hisslər adi münasibətdəkilərdən çox dərindir. Əgər məhəbbət xoşbəxt deyilsə, belə dərin hisslər və köksündə yaran boşluqdan xilas olmaq çox çətindir. Mən elə böyük zərbə almışdım ki, bu barədə sadəcə olaraq yazmaya bilməzdim. Ancaq dürüst desəm, bu onun təklifi idi, "Bizim bu əhvalatımız barədə yaz... Onu əfsanəyə çevir...”, - demişdi. Bu kitab kifayət qədər avtobioqrafikdir, hərçənd orada kifayət qədər uydurma və bədii yanaşma da var. 

Şübhəsiz, belə açıq olmağım asan məsələ deyil, ancaq mənim dostlarım, yaxınlarım xarakterimdə güclü romantik xüsusiyyətin olduğundan xəbərdarıydılar. Mən onlara deyəndə ki, birinci kitabdan sonra ikincisini nəşr etməyə hazırlaşıram və orada şeirlər də olacaq, çox sayda bərəlmiş gözlə rastlaşdım. Mənim yenidən sevmək iqtidarında olmağım onlara çox qəribə gəldi, çünki həmişə təmkinli və praqmatik insan olmuşam. Ola bilsin, həyat boyu gizlətməyə çalışdıqlarımızı tez, gec çölə çıxarırıq. 

- İnsanların paxıllığından, kəskin ifadələrindən çəkinmirsiz ki? 

- Yox, bu məni qorxutmur! Mən hətta ağlıma belə gətirmədiyim zərbələri belə almağa hazıram, ancaq indi mənimçün fikirlərimi, yaşantılarımı və hisslərimi ifadə eləmək daha maraqlıdır. 

- İndi nə üzərində işləyirsiniz? 

- İpək yoluna həsr olunmuş, üçüncü kitabımı hazırlayıram. Orada hər şey olacaq – sevgi, macəralar, dini düşüncələr, geopolitika və əlbəttə, tarix, çünki İpək yolunu keçmişə nəzər salmadan təsvir etmək mümkünsüzdür. Ancaq qəhrəmanlar birinci kitabdakılarla eynidir. 

- Sizin yazıçılıq missiyanızın kökündə nə dayanır? 

- Mümkün olduğu qədər kömək etmək, insanlara mesajlar ötürmək, ən əsası dəyərləri, xeyirxahlığı ötürməkdir. Biz tarixin gedişatını dəyişdirə bilmərik, ancaq insanlara işığın mənbəyini göstərə bilərik, müasir dünyanın problemlərinə müxtəlif tərəflərdən baxmağı, öz addımlarımızın nəticələrini görməyi, həyatımızın material dünyanın çərçivələrindən ibarət olmadığını göstərə bilərik. Bundan sonra nə etmək – artıq individual seçimdir... 

Materialı Bəhram Bağırzadə təqdim edib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Mədəniyyət 11:49
Məşhur Şəki karvansarayı - FOTOREPORTAJ
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
Mədəniyyət 11:46
Viktoriya və Albert muzeyinin heykəltaraşlıq zalı -FOTOREPORTAJ
İki rəssam dostun sərgisi - REPORTAJ
Mədəniyyət 09:40
İki rəssam dostun sərgisi - REPORTAJ
İstanbul küçələrində qraffitilər - FOTO
Mədəniyyət 09:38
İstanbul küçələrində qraffitilər - FOTO
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Mədəniyyət 09:05
İstanbulun keramika muzeyinin təmtəraqlı kolleksiyası - FOTO
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Mədəniyyət 08:33
Etibar Əsədli: “Mən Azərbaycan musiqisini dünya miqyasında görmək istəyirəm” – MÜSAHİBƏ
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Mədəniyyət 03:36
Aynurə Mustafayeva: “Rəssamlıq həyatımın məqsədinə çevrilib” – MÜSAHİBƏ
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Mədəniyyət 03:30
Bakıda Fərəh Əliyevanın müəllif kuklaları sərgisi açılıb - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol