• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycan və Misir arasında birbaşa aviareys açılır

Azərbaycan və Misir arasında birbaşa aviareys açılır
30.03.2016 12:30
"Razılıq əldə edilib”.

Azərbaycan və Misir arasındakı münasibətlər yaxşı səviyyədədir. Münasibətlərdə pik nöqtə 2011-ci ilə təsadüf edib. 

Amma təəssüf ki, bundan sonra məlum hadisələrə görə münasibətlərdə eniş yaşanmağa başlayıb.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşü zamanı Azərbaycanın Qahirədəki səfirliyinin müşaviri Rafael Bağırov deyib.

Onun sözlərinə görə, Misirdə prezident və parlament seçkiləri keçirildikdən sonra ölkədə hökumət formalaşıb və indi ikitərəfli səfərlərin təşkili üzərində iş aparılır: 

"Aprel ayında Qahirədə "Afrika-2016” forumu keçiriləcək. Orada dünyanın bir çox ölkələrindən prezidentlər və baş nazirlər iştirak edir.

Mətbuatda Azərbaycan Prezidenti İlham Əliyevə də bu tədbirdə iştirak etmək üçün dəvət göndərilməsi barədə məlumat yayılmışdı. Amma hələlik biz onun iştirakını təsdiq edə bilmərik. Bu, tədbirə yaxın məlum olacaq".

İqtisadi əməkdaşlıq barədə danışarkən R.Bağırov ölkələr arasında hökumətlərarası komissiyanın yaradıldığını və onun 1-ci iclasının bu il Qahirədə keçirilməli olduğunu bildirib:

"Misir tərəfdən həmsədr qismində beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr çıxış edir. Azərbaycanın həmsədri isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevdir. Hazırda iclas zamanı imzalanacaq sənədlər üzərində iş görülür”.

R.Bağırov, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər Misir aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Müşavir, eyni zamanda səfirliyin və Azərbaycan diasporunun fəaliyyəti barədə danışıb: 

"Misirdə az sayda azərbaycanlı yaşayır, sayları təxminən 40 nəfərdir. Onlar əsasən tələbələr və misirlilər ilə ailə quranlardır. Səfirliyin tərkibində Azərbaycan məktəbi də fəaliyyət göstərir. Burada misirlilər Azərbaycan dilini və mədəniyyətini öyrənir.

Misirin Ayn Şəms Universitetində və Qahirə Dövlət Universitetində isə tələbələrin Azərbaycan dilini öyrəndiyi bölmələr var.

Bundan başqa, Azərbaycan səfirliyi mətbuatla əməkdaşlıq edən ən fəal diplomatik missiyaların biridir.

Məqalələrdə Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat veririk. Biz həm də Dağlıq Qarabağ barədə reportaj hazırlamaq istəyən jurnalistlərə yardım edirik”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol