• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək

Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
29.05.2020 06:01
Aprelin 7-də, saat 16:30-da Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun AzTV-nin "Səhər" proqramının keçmiş rəhbəri Qulu Məhərrəmliyə qarşı mülki qaydada qaldırdığı 100 min manatlıq cərimə iddiası ilə məhkəmə prosesi keçiriləcək.

Bu barədə ANN.Az-a vəkil Nicat Gözəlov məlumat verib. 

Onun sözlərinə görə, Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı ayrı-ayrılıqda iki iddiası var: "Aprelin 1-də, sabah saat 09:30-da Yasamal Rayonu Məhkəməsində Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmədə xüsusi iittiham qaydasında iddiaya baxılcaq. Digər mülki qaydada qaldırılmış iddiaya Nəsimi Rayon Məhkəməsində keçiriləcək".
 
Vəkil qeyd edib ki, Qulu Məhərrəmli iki dəfə ayrı-ayrı rayon məhkəmələrinə verildiyi üçün iş vəkillər qrupuna tapşırılıb: "100 min manatlıq cərimə ilə bağlı Nəsimi Rayon Məhkəməsində Qulu Məhərrəmlinin nümayəndəsi olacam. Yəni onu məhkəmə prosesində təmsil edəcəm".
  
Arif Alışanovun məhkəməyə müraciət eləməsinə səbəb Qulu Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalardır. Jurnalist həmin açıqlamalarda AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.
 
Orxan Aslanlı






Oxşar xəbərlər
Oxşar xəbərlər
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 09:35
Ekstremal situasiyada işləməyə hazırlaşan jurnalistlər - FOTOLAR
Cəmiyyət 06:15
"Uşaqlar valideynlərinin üzünü unutsalar da, yolunu həsrətlə gözləyirlər" - FOTOLAR
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Cəmiyyət 06:01
Qulu Məhərrəmliyə qarşı iki rayonda məhkəmə prosesi keçiriləcək
Zavodun qaçqın sakinləri - FOTOLAR
Cəmiyyət 05:10
Zavodun qaçqın sakinləri - FOTOLAR
Gələcəyə boylananlar -
Cəmiyyət 03:19
Gələcəyə boylananlar - "Ümid yeri"-dən FOTOLAR
Cəmiyyət 01:37
"Qanlı göl" - təhlükəli evlərdən, qaynayan zibilliklərdən FOTOLAR
Bakının
Cəmiyyət 19:05
Bakının "Milyonerlər məhəlləsi" - FOTOLAR
Cəmiyyət 09:24
"Papanin" gəncləri özlərinə necə yol açdılar? - FOTOLAR
Cəmiyyət 09:24
"Sovetski"də "miras" qalan yeganə tarixi bina - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol