• $
  • £

“Kişi işinə qarışmasın” – Musiqiçilər deputatı “topa tutdu”

“Kişi işinə qarışmasın” – Musiqiçilər deputatı “topa tutdu”
31.03.2016 21:05
Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin Azərbaycanın dövlət himni ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Belə ki, millət vəkili himnimizin mərsiyə kimi yazıldığını deməsi cəmiyyətdə təhqir kimi qəbul edilib: "Üzeyir Hacıbəyov himnimizi mərsiyyə kimi yazıb. Bizim himnə qulaq asanda adam istəyir əlinə dəsmal alıb ağlasın”.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı musiqişünasların və müğam ifaçılarının fikrini öyrənib.

Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi AzNews.az-a açıqlamasında bildirib ki, A.Əlizadə öz sahəsi üzrə danışsa daha yaxşı olar:

"Üzeyir bəy Hacıbəyov onların birincilərindəndir. Üzeyir bəy qədər Azərbaycan xalqına xidmət edən ikinci bir şəxsiyyət yoxdur. O, musiqi dünyasında nələr etməyib? Böyük bəstəkar kimi şərqdə ilk operanın müəllifidir. Azərbaycan himni həm sözlərinə, həm də musiqisinə görə dünyada möhtəşəmliyi ilə seçilir. Hesab edirəm ki, Araz Əlizadənin bu fikri kökündən yalnışdır. Üzeyir bəy bir abidədir, ona heç vaxt toxunmaq olmaz. Yüz illər də bundan sonra o, hər zaman xalqın qəlbində olacaq. Üzeyir bəydən danışmaq üçün gərək onun səviyyəsində olasan. Hər sahədə canı, qanı ilə xidmət edən insanlarımız olub. Heç kim himnə toxuna bilməz, o hər zaman yaşayacaq”.

Əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov isə qeyd edib ki, Üzeyir bəy Hacıbəyova quyu qazanlar sonda orada özlərini görür:

"Araz Əlizadə başını Üzeyir bəy Hacıbəyov yaradıcılığına soxmasın. O, nə musiqişünas, nə də musiqidən başı çıxan biridir. Yəqin ki, şeriyyatdan da xəbəri yoxdur. Onun kimi adamlar öz işiylə, ailəsinin, uşağının problemi ilə məşgul olsun. Kişi işinə, yəni Üzeyir bəyin yaradıcılığına başını soxmasın. Musiqişünaslar, bəstəkarlar var, bu məsələni onlar çözə bilərlər. Mərsiyə və digər janrda səslənən nə varsa əsasən muğam lada köklənib. Araz Əlizadə bunu başa düşməz. Başa salmaq lazımdır, musiqini bilməsə çətin başa düşər. 20 il musiqi təhsili alan dərinliyə gedə bilmir, belələri hara gedəcək, nə biləcək? Yeni himn, musiqi, şeir, söz yazıla bilər. Əgər bu himndən gözəl olsa qəbul edərlər. Ancaq köhnəni təhqir etməyə ehtiyac yoxdur. Təhqir edənlər təhqir edilmişlərdir. Üzeyir bəyin yazdığı bütün musiqilər milliliyimizdən kənara çıxa bilməz”.

Bəstəkar Salman Qəmbərov isə vurğulayıb ki, bəzi siyasətşiləri dinləyəndə adamı ağlamaq tutur:

"Kaş problemlərimiz yalnız himnlə bağlı olardı”.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol