Söhrab Tahirin ikinci ayağı da kəsiləcək
Xalq şairi Söhrab Tahirin səhhəti ilə bağlı xəbər var.
Oxu.Az xəbər verir ki, 89 yaşlı şair ikinci dəfə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunacaq.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza Qafqazinfo-ya açıqlamasında şairin ikinci ayağının da amputasiya ediləcəyini söyləyib:
"Artıq məlumdur ki, Söhrab Tahir səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. Şairin sağ ayağı daha əvvəl amputasiya edilmişdi. Bir neçə saat əvvəl şairin həkimi Samirə xanımla əlaqə saxladım.
Söhrab Tahirin səhhəti sabitdir, sadəcə olaraq zəruriyyətdən onun ikinci ayağı da amputasiya ediləcək. Yəqin ki, əməliyyat bu günlərdə baş tutacaq. Bu əməliyyat şairin səhhəti üçün çox vacibdir”.
Xatırladaq ki, bu ilin mart ayında xalq şairinin sağ ayağı çürümə səbəbindən amputasiya edilmişdi.
www.ann.az

Son xəbərlər
Daha çox