• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Belarus Minskdən Bakıya aviareysləri dayandırmaq istəyir

Belarus Minskdən Bakıya aviareysləri dayandırmaq istəyir
06.04.2016 15:43
Belarus tərəfi Minskdən Bakıya birbaşa aviareysləri dayandırmaq istəyir. Bununla bağlı Belarus tərəfindən "Azərbaycan Hava Yollar" QSC-yə (AZAL) rəsmi müraciət də edilib.
 
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.

"Biz uçuş qiymətlərini aşağı salmağa çalışırıq. Lakin bu gün Belarusdan məlumat almışıq ki, Azərbaycan biletləri çox ucuz satdığı üçün aprelin 15-dən Azərbaycandan Minskə uçuşlarını bağlamaq istəyir. Onlar bildirirlər ki, belə qiymətlər müəyyən etdikdə qarşı tərəflə də razılaşdırma aparılmalıdır. Rəqabət apardığınız şirkətə problem yaratmayın, əks halda biz uçuşları dayandıracağıq", - deyə A.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, AZAL bu problemin həll edilməsi məqsədilə Belarusun Azərbaycandakı səfirliyinə, Azərbaycan-Belarus Birgə Komissiyasına müraciət edəcək.

A.Məmmədov Azərbaycan tərəfi Belarusla razılıq əldə olunan zaman qiymətlərin yenidən bahalaşa biləcəyini istina etməyib: "Onlar qiymətlərin qalxmasına və ya əks halda uçuşlarına dayandırılmasına təkid edərlərsə, biz hansısa kompromisə getməli olacağıq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol