• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq

Azərbaycanda büdcə kəsiri ÜDM-in 14%-nə çatacaq
07.04.2016 16:11
Azərbaycanda ötən ilin fevral ayında həyata keçirilən milli valyutanın ilk devalvasiyasından sonra ölkədə dollarlaşmanın səviyyəsi artıb və bu proses 2015-ci il boyunca davam edib.
 
"Report" xəbər verir ki, bu barədə Dünya Bankının aprel ayında yenilədiyi "ECA Economic Update: The impact of China on Europe and Central Asia" hesabatında deyilir.

Hesabata görə, ötən il ÜDM artımında Cənubi Qafqaz, Mərkəzi Asiya və Rusiyada sürətli geriləmə müşahidə edilib. Belə ki, Cənubi Qafqazda bu rəqəm 3,3%, Mərkəzi Asiyada 1,6%, Rusiyada isə 1,3% olub.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller (Cyrill Muller) deyib ki, Avropa və Mərkəzi Asiyada bir çox ölkələr siyasi, fiskal və monetar problemlərlə üzləşib. Rusiyadakı durğunluq isə 2015-ci ildə qeyri-neft ixracını 6,6% azaldıb.

"Azərbaycanda bank aktivlərinin portfeli zəifləyib və problemli kreditlərin həcmi kəskin artıb. Neft Fondunun aktivləri 33,5 mlrd. ABŞ dolları müəyyən edilib, halbuki ilin əvvəlində bu rəqəm 37 mlrd. dollar olub. Aşağı neft qiymətləri iqtisadi problemləri və infliyasiyanı şərtləndirən əsas amildir. Neft qiymətlərinin mərhələli şəkildə bərpası ölkənin iqtisadi artımının 2017-ci ildə yüksəlməyə başlamasına və 2018-ci ildə 1,3% olmasına gətirib çıxaracaq. Konsolidasiya edilmiş büdcənin kəsiri ÜDM-in 14%-ə qədər artacaq. Sosialyönümlü xərclər ÜDM-in 4%-ni, Cənub Qaz Dəhlizini də özündə birləşdirən inşaat xərcləri isə 4,25%-ni təşkil edir. Bu il isə cari büdcə kəsirinin genişlənərək ÜDM-in 4,7%-nə çatacağı proqnozlaşdırılır", - deyə sənəddə vurğulanıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol