• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Medvedev: “Münaqişə danışıqlar və kompromislər yolu ilə həll edilməlidir”

Medvedev: “Münaqişə danışıqlar və kompromislər yolu ilə həll edilməlidir”
08.04.2016 15:30
"Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”

"Rusiya-Azərbaycan münasibətləri strateji, qarşılıqlı faydalı xarakter daşıyır”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın baş naziri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, münasibətlər dostluq və qarşılıqlı hörmətə əsaslanır: "İqtisadi durum sadə olmayan bir dövrdən keçir. İqtisadi əlaqələrin və investisiya qoyuluşlarının daha da inkişaf etdirilməsi vacibdir. Bizim böyük enerji və nəqliyyat layihələrimiz var. Xəzər dənizində və regionunda əməkdaşlıq önəmlidir. Elektroenergetika və humanitar sahələrdə əməkdaşlıq da mühüm istiqamətlərdir. Turizmin inkişafı da gündəlikdə duran məsələdir. Bu səfər nəzərdə tutulmuşdu, ancaq son hadisələrlə əlaqədar səfər daha tez həyata keçirildi və bu, doğru addımdır”.
 
D. Medvedev qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsini dəstəkləyir: "Münaqişənin sülh, danışıqlar yolu ilə həllinin alternativi yoxdur və kompromislər yolu ilə həll edilməlidir.  ATƏT-in  Minsk Qrupunun üzvü kimi bu istiqamətdə səylərimizi davam etdiririk. İnanırıq ki, bu səylər etimadın bərpa olunmasında və münaqişənin həllində rol oynayacaq. Rusiya Azərbaycan və Ermənistan qədər münaqişənin həllində maraqlıdır”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol