• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: Düşmənə layiqli cavab verilib

İlham Əliyev: Düşmənə layiqli cavab verilib
09.04.2016 13:17
Bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

"Bu qanlı toqquşma bir daha göstərdi ki, Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir, danışıqlar prosesinin pozulmasına çalışır”, - deyən Prezident İlham Əliyev danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistanın təxribatlara əl atdığını bildirdi.

Azərbaycan Prezidenti dedi ki, 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı, nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı.

Dövlətimizin başçısı vurğuladı ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi.

"Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Siyasət 04:22
İlham Əliyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişəcək”
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Siyasət 03:29
Nazir: “Azərbaycan nəticəyönümlü danışıqlara hazırdır”
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
Siyasət 02:26
Prezident: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik”
DTX: 4 terrorçu məhv edilib
Siyasət 11:24
DTX: 4 terrorçu məhv edilib
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
Siyasət 09:13
Daha bir ölkə Xocalı soyqırımını tanıdı
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Siyasət 22:37
İlham Əliyev Ukraynaya rəsmi səfər edəcək
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Siyasət 19:51
Azərbaycanda yeni medal təsis olundu – FOTO
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Siyasət 14:26
Ermənilər xeyli itki verdi, əsgərimiz itkin düşdü - RƏSMİ
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Siyasət 22:05
Azərbaycanda yeni qurum yaradılacaq – SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol