Azad Yaşarın yeni kitabı çıxıb
Şair, rəssam Azad Yaşarın "Konsept” adlı yeni kitabı çapdan çıxıb. Kitaba müəllifin konseptual şeirləri, esseləri, kufi xətli kompozisiyalardan və logolardan ibarət 22 rəsm əsəri daxildir.
Azad Yaşarın 55-ci doğum günü ərəfəsində çıxan topludakı əsərlər ötən illər ərzində aparıcı ədəbi qəzet-jurnallarda, saytlarda və antologiyalarda çap olunub.
Kitabdakı mətnlər "Dil klinikası”, "Hamı və Heç kim” kitabından”, "Onda və İndi”, "İtirilənlər – Tapılanlar”, "İntertekstual test”, "Mobil notlar – Atmacalar – Kəlamburlar”, "Esse və məqalələr” və "Mənzum çevirilər” başlıqları altında toplanıb. /Azadliq.org
www.ann.az
Son xəbərlər
Daha çox