• $
  • £

Gənc Tamaşaçılar Teatrında daha bir layihə - Fotolar

Gənc Tamaşaçılar Teatrında daha bir layihə - Fotolar
12.04.2016 15:50
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçirilib. Teatr, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin,  129 saylı orta məktəbin birgə layihəsi əsasında baş tutan tədbirdə narkotik vasitələr, onun fəsadları haqqında çıxışlar olub.
 
Giriş sözü ilə çıxış edən teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan narkotik vasitələr haqqında danışıb. Teatr rəhbəri Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Gənc Tamaşaçılar Teatrında V. Siqarevin "Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilən "Ağ ölüm” tamaşası haqqında məlumat verib.
 
 
129 saylı məktəbin direktoru Esmir Quliyeva, Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Fərman Abdullayev, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və  Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin  Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis polkovniki  Tanrıverdi Aydınov çıxış edərək bu gün dünyanı narahat edən, cinayətkarlığın artmasına səbəb olan narkotik maddələr və onların gətirdiyi bəlalar haqqında danışaraq tədbir iştirakçılarını bu bəladan uzaq durmağa çağırıblar.
 
 
Daha sonra "Ağ ölüm” tamaşası nümayiş etdirilib. Quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğlu olan tamaşada  əsas obrazları  Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf  Dadaşov və Anar Seyfullayev ifa ediblər.
 
 
Tədbirdə 129 saylı məktəbin müəllim və şagird heyəti, Daxili İşlər Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 












www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol