• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

BP-nin regional prezidenti: Xəzərdə çoxlu neft və qaz resursları var

BP-nin regional prezidenti: Xəzərdə çoxlu neft və qaz resursları var
13.04.2016 15:01
Biz neft və qaz sənayesini tam dəstəkləyirik. Xəzər dənizində çoxlu neft və qaz resursları var.

Biz inanırıq ki, sadəcə texnologiyalara sərmayə yatırmaq tələb olunur və lazım olacaq kapitalı formalaşdırmaq üçün davamlı müsbət mühit var.

İyirmi ildən çox müddət öncə burada fəaliyyətimizə başlayandan bəri biz özümüz və tərəfdaşlarımız 58 milyard dollardan çox sərmayə yatırmışıq.

Oxu.Az xəbər verir ki, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı açılış nitqində deyib.

Onun 16 milyard dolları yerli şirkətlərə yatırılıb və uğurlu olub. Bu, əsasən hasilatın pay bölgüsü razılaşmasının yaratdığı müsbət mühit sayəsində mümkün olub.

Mənim danışmaq və vurğulamaq istədiyim bir neçə məqam var. Yəqin ki, onlar tətbiq olunacaq islahatlara daxil edilə və digər sahələr, neft-qaz sahəsi üçün əlverişli biznes mühiti yarada bilər. Çünki hər zaman görüləcək daha çox iş var.

Onun sözlərinə görə, dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur:

"Vurğulamaq istədiyim ilk məqam sabitliklə bağlıdır. Uzunmüddətli sabitlik investorlar üçün olduqca vacibdir - hüquq və gömrük sistemlərində, məşğulluq qaydalarında, işçi vizalarında, iş icazələrində sabitlik və gələcək gəlirləri proqnozlaşdırmağımız üçün sabitlik.

Əlbəttə, neftin və qazın qiymətləri və ya qiymətlər kimi digər amillərin üzərində nəzarətimiz yoxdur, lakin davamlılıq və proqnozlaşdırmaq bizim üçün əsasdır.

Əlbəttə ki, hər ölkə inkişaf etdikcə dəyişikliklər tələb olunur. Bu dəyişikliklərlə bağlı əvvəlcədən məlumat verilə və onlar biznes ictimaiyyəti ilə müzakirə edilə bilər. Bir daha vurğulayıram ki, qaydaların şəffaflığı əsasdır. Biz böyük investisiyalara qərar verərkən yenidən nəticələri proqnozlaşdıra bilməliyik.

Vurğulamaq istədiyim üçüncü məsələ hökumətdəki mədəniyyətdir - mən və həmkarlarım nazirliklərdə bir çox görüşlər keçirmişik.

İndiyə qədər gördüyümüz əməkdaşlıq və həllyönümlü mədəniyyət, bu davranış tərzi bizim etimadımızı artırır.

Əlbəttə, nazirliklər dövlət maraqlarını qorumalıdırlar. Dövlət və özəl sektor problemləri həll etmək üçün birgə işləyə bilər, biznesdə hər zaman problemlər olur. Həllyönümlü mədəniyyət olmalıdır və bu, Azərbaycanda mövcuddur. Vurğulamaq istədiyim dördüncü məqam kadr hazırlığı və potensialın artırılması məsələsidir. Bilirəm və inanıram ki, Azərbaycanda bu, var”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol