• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

"Nalbandyan Putinin sözünü deməyə məcburdur" - EKSPERT

14.04.2016 16:57
"Ermənistan 6 rayonu azad etməklə, Dağlıq Qarabağın status məsələsini həll etməyə çalışır” – bunu ANN.Az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Azərbaycan mətbuatında yer alan informasiyaya görə, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Ermənistanın İctimai televiziyasının sualını cavablandırarkən, iki ölkə arasında Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların predmetini açıqlayıb. Nalbandyan Bakı və İrəvanın 6 rayonun qaytarılmasının müzakirə etdiyini bildirib.

Nalbandyanın bu çıxışı Azərbaycana qarşı hazırlanmış siyasi oyundurmu? 6 rayonun qaytarılması qarşılığında Ermənistanın tələbi nə ola bilər?

Bunu ANN.Az-a politoloq Zərdüşt əlizadə şərh edib.

"Qarabağla bağlı qərar vermək Ermənistanın səlahiyyətində deyil”
 


Politoloq Zərdüşt Əlizadənin fikrincə, Ermənistanın siyasi oyun aparmaq gücü yoxdur: "Nalbandyan Rusiya prezidenti və Xarici İşlər Nazirinin dediyi sözləri deməyə məcburdur. 6 rayonun (Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər – red.) qaytarılması və Qarabağla bağlı qərar vermək Ermənistanın səlahiyyətində deyil”.

Siyasi şərhçi 6 rayonunun qaytarılmasının köhnə təşəbbüs olduğunu vurğulayıb: "ATƏT-in Minsk qrupu da bu məsələni müzakirə edib, danışıqlar aparmışdı. Bəs Azərbaycan tərəfi 6 rayonun azad olunmasına, bunun müqabilində Azərbaycanın zor işlətməmək öhdəliyini götürməsinə, Laçın rayonuna sülhməramlı qüvvələrin yerləşdirilməsinə, Dağlıq Qarabağın statusu məsələsində danışıqların aparılmasına necə münasibət bəsləyir? Bax, bunlar əsas məsələdir”.

"Düşünmürəm ki, bu Azərbaycanın qələbəsi sayılsın”

"Ermənistan tərəfinin tələbi budur ki, 6 rayonun azad edilməsi ilə yanaşı, danışıqlar zamanı Dağlıq Qarabağın statusu da həll olunmalıdır. Bu o deməkdir ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını istəyir. Çünki 1992-1993-cü illərdə ərtaf 6 rayonu işğal edəndə onların məqsədi o idi ki, bu rayonların (söhbət altı rayondan gedir – red.) qaytarılması, Dağlıq Qarabağın müstəqilliyinin bədəli olsun. Ermənilər 1992-ci ildə qarşılarına qoyduğu məqsədə indi çatırlar. Bu Azərbaycanın siyasi diplomatik qələbəsi ola bilərmi? Düşünmürəm ki, bu Azərbaycanın qələbəsi sayılsın. Bu məğlubiyyət sayıla bilər. Azərbaycan tərəfi çalışacaq ki, status məsələsinin müzakirəsini uzun müddətli etsin. Ermənistan tərəfi də çalışır ki, Azərbaycan bu müddətdə hərbi gücdən istifadə etməmək öhdəliyi götürsün. Beləliklə də, bizim ən güclü siyasi diplomatik amilimiz, alətimiz əlimizdən çıxır. Danışıqlar yüz il də davam edə bilər. İyirmi  ildən çoxdur Qarabağ bizdə deyil. Qarabağ əhli xalqın içərisində əriyib qalıb. Bir icma kimi demək olar, yox olub. Bir müddətdən sonra Qarabağa qayıdacaq adam qalmayacaq”. – deyə Z.Əlizadə bildirib.

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Siyasət 22:46
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Prezident hərbi qulluqçuları təltif etdi - SIYAHI
Siyasət 17:08
Prezident hərbi qulluqçuları təltif etdi - SIYAHI
Milli Məclis erməni cinayətləri ilə bağlı buklet buraxdı
Siyasət 12:47
Milli Məclis erməni cinayətləri ilə bağlı buklet buraxdı
“Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq” - AÇIQLAMALAR
Siyasət 15:35
“Prezidentlərin Vyana görüşü əvvəlki görüşlərin təkrarı olacaq” - AÇIQLAMALAR
Asim Mollazadə: Bu, Ermənistanın təşkil etdiyi şoudur
Siyasət 16:54
Asim Mollazadə: Bu, Ermənistanın təşkil etdiyi şoudur
Siyasət 13:52
"Sarkisyan bu cür bəyanatlarla vaxt uzatmağa çalışır" - AÇIQLAMALAR
Azərbaycan Ermənistana informasiya müharibəsində uduzurmu? - Ekspert rəyləri
Siyasət 15:16
Azərbaycan Ermənistana informasiya müharibəsində uduzurmu? - Ekspert rəyləri
Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR
Siyasət 16:37
Sarkisyanın danışıqlardan imtina etməsinin arxasında nə dayanır? - AÇIQLAMALAR
Siyasət 16:57
"Nalbandyan Putinin sözünü deməyə məcburdur" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol