“CinemaPlus” kinoteatrında “Ağbəniz və Ovçu 2” fantastik filminin nümayişi keçirilib
Azərbaycanın premium kinoteatrı "CinemaPlus” "Ağbəniz və Ovçu 2” fantastik filminin nümayişinə başlayıb.
2012-ci ildə ekranlara "Ağbəniz və Ovçu” filmi çıxdı. Filmin ikinci hissəsindəki hadisələr filmin orijinalında baş vermiş hadisələrdən sonra cərayən edəcək. Şarliz Teron yenə öz pərəstişkarlarını qəzəbli kraliça Ravenna rolu ilə sevindirəcək, Kris Hemsvort isə yenə ovçu rolunu oynayacaq. Sevgi xəttini qorumaq üçün Ağbənizin yerinə Cəngavər qadın gəlib, hansının ki, rolu Cessika Çesteyinin üzərinə düşüb. Filmdə öldürücü ovçu legionunu yığan Freya kraliçası – Emili Blant personajının əhvalatının üstü açılacaq. Filmin quruluşçusu kimi, filmin orijinalının çəkilişlərində ikinci rejissor kimi iştirak edən Sedrik Nikolya-Troyan çıxış edib.
Sevgi gedəndən sonra, gözəl qızın ürəyi buza dönür. Hətta yüzlərlə krallıq belə onun iri döyüşkən yerişini saxlaya bilməz. Yalnız Ovçu qorxmur. Lənətlənmiş meşədən keçərək o, öz taleyinə doğru gedir.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.
www.ann.az
Son xəbərlər
Daha çox