• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası işinə başlayır

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası işinə başlayır
18.04.2016 10:12
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası işinə başlayır.
 
"Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiyanın ilk iş günündə deputatlar Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində vəziyyətin gərginləşməsi barədə müzakirələrin gündəliyə daxil edilməsi məsələsini müzakirə edəcək.

Sessiya çərçivəsində deputatlar Avropada miqrasiya böhranı, məcburi miqrasiya və onun nəticələri və problemləri, qaçqınların hüquqları ilə bağlı vəziyyəti, Ukraynadakı münaqişəni və s. məsələləri müzakirə edəcəklər.

Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakimlərin seçkisi keçiriləcək və Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Nils Mujnieks illik hesabatını təqdim edəcək.

Həmçinin, sessiya zamanı gözlənilən çıxışların siyahısı da məlumdur: 19 aprel - Türkiyənin baş naziri Əhməd Davudoğlu və Avropa Komissiyasının sədri Jan-Klod Yunker; 20 aprel - Avstriyanın prezidenti Haynts Fişer; 21 aprel - Gürcüstanın baş naziri Qriqori Kvirikaşvili.

AŞPA-nın sessiyası öz işini aprelin 22-də başa vuracaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol