• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

"Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq" – VİDEO

18.04.2016 10:25
Bilirsiniz ki, ATƏT-in Minsk qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladılar və tərəfləri atəşi dayandırmağa çağırdılar.

Biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq. Atəşi dayandıraraq dünyaya göstərmək istədik ki, biz heç də bu müharibənin davam etməsində, qan tökülməsində, günahsız dinc sakinlərin qətlə yetirilməsində maraqlı deyilik.

Oxu.Az xəbər verir ki, bu sözləri Xəzərxəbər-ə müsahibəsində Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edir və "buna da bizim haqqımız var”.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib, barışmaq istəmirdilər.

Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanılması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya Prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır”, - deyə, Əli Həsənov bildirib.
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bu silahı düşməni darmadağın edəcək - VİDEO
Siyasət 21:16
Azərbaycanın bu silahı düşməni darmadağın edəcək - VİDEO
Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər - VİDEO
Siyasət 18:29
Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər - VİDEO
Ərdoğan xalqı meydanlara çıxmağa səslədi - VİDEO
Siyasət 01:40
Ərdoğan xalqı meydanlara çıxmağa səslədi - VİDEO
Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO
Siyasət 10:00
Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO
Siyasət 10:25
"Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq" – VİDEO
MN: Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dağıdılıb - VİDEO
Siyasət 09:54
MN: Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dağıdılıb - VİDEO
Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır - VİDEO
Siyasət 23:05
Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol