Ağdamda velosiped qəzası: 9 yaşlı uşaq ölüb

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Alıbəyli kəndində baş verib.
Bildirilib ki, 2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb. Nəticədə uşağın başı daşa dəyib və o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















