• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

AMEA-da Dazhu Yanqla görüş

AMEA-da Dazhu Yanqla görüş
18.04.2016 14:04
AMEA Rəyasət Heyətində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, öncə qonaqları salamlayan AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanın 2001-ci ildən AEBA ilə əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, görüşün əsas məqsədi Akademiya ilə AEBA arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsidir.

Sonra AEBA-nın baş direktorunun müavini Dazhu Yanq çıxış edib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılışı məqsədilə ölkəmizdə səfərdə olduğunu söyləyən qonaq yeni mərkəzin təsis edilməsini ölkə təbabəti sahəsində müsbət addım kimi dəyərləndirib. O, Nüvə Təbabəti Mərkəzində xərçəng xəstəliklərinin müalicəsi üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

D.Yanq səfər çərçivəsində Azərbaycan hökumətinin bir çox səlahiyyətli nümayəndələri ilə görüşərək aktual məsələlərə dair müzakirələrin aparıldığını deyib. Eyni zamanda, "İzotop” xüsusi kombinatı, Nüvə radiaktiv tullantıları kombinatını ziyarət edərək orada görülən işlərlə tanış olub

Qonaq səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi sahələrində nüvə texnologiyalarının tətbiqi barədə də məlumat verib. O, təmsil etdiyi qurumun xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.

D.Yanq bildirib ki, AEBA ilə AMEA-nı bir araya gətirən əsas səbəb 2018-2019-cu illər üçün nəzərdə tutulan texniki sahədə əməkdaşlıqdır. Azərbaycanın müxtəlif qurumları may ayının sonuna kimi əməkdaşlığa dair layihələr hazırlamalı və AEBA-ya müraciət etməlidirlər.

Qonaq təmsil etdiyi qurumun həyata keçirdiyi müştərək layihə proqramlarından söz açaraq qeyd edib ki, bu kimi layihələr qurumun digər üzv ölkələrilə birlikdə tədqiqat layihələrinin hazırlanmasını nəzərdə tutur. Qonaq AMEA alimlərini də müştərək layihələrdə iştirak etməyə dəvət edib.

Akademik A.Əlizadə isə müasir avadanlıqlarla təchiz olunmuş Nüvə Təbabəti Mərkəzinin nüvə təbabəti sahəsində mühüm uğurlara imza atacağına əminliyini ifadə edib. Qeyd edib ki, həmin avadanlıqlar vasitəsilə təbabətdə izatopların tətbiqi istiqamətində tədqiqat işləri aparmaq mümkün olacaq.

Görüşdə, həmçinin iki qurum arasında, kadr və təcrübə mübadiləsinin aparılması, birgə seminar və konfransların keçirilməsi məsələləri müzakirə edilib, bir sıra təkliflər səsləndirilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 11:51
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:50
Dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - Video
Cəmiyyət 10:39
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - Video
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 08:57
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Cəmiyyət 23:38
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Bakıda 3 otaqlı ev yanıb
Cəmiyyət 23:09
Bakıda 3 otaqlı ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol