Amerikanın məşhur aktrisası vəfat etdi
ABŞ kinosunun və teatrının veteranı, məşhur teleserial aktrisası Doris Roberts Los-Ancelesdə vəfat edib.
"Report" xəbər verir ki, aktrisa 91 yaşında dünyasını dəyişib.
O, səhnə karyerasına 1970-ci ildə Brodvey Teatrında başlayıb. 150 çox rola imza atan aktrisa teatr, kino, telefilimlər və teleseriallarda müxtəlif səpkili obrazlar ifa edib.
D.Roberts ABŞ-ın ən məşhur mükafatlarından sayılan "Emmi" mükafatını beş müxtəlif nominatsiyada qazanıb.
Aktrisaya uğur gətirən rolu "Paymondu hamı sevir" teleserialında yaratdığı Meri Beroun obrazı olub. Bu rola görə aktrisa 4 dəfə "Emmi" mükafatına layiq görülüb.
www.ann.az

Son xəbərlər
Daha çox