• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Köçəryan Sərkisyanın yerini tutmağa çalışır" - Politoloq

20.04.2016 16:59
"Sərkisyanın reytinqi azaldıqca Köçəryan onun yerini tutmağa çalışacaq".

ANN.Az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu aprelin 2-dən 4-nə qədər davam edən müharibənin Ermənistanda bir çox proseslərə təkan verdiyini şərh edərkən deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Aprel döyüşləri Ermənistanı silkələyib: "Döyüşün nəticələri, Ermənistanın iktiləri müzakirə olunur, ayrıca İrəvanda Rusiya əleyhinə mitinq və yürüşlər keçirilir. Bundan başqa, Qazaxıstanın mövqeyi də tənqid olunur, Ermənistanda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adına olan küçənin adı dəyişdiriblər. Bununla Astananı da qəzəbləndirdilər. Əlavə olaraq, Ermənistanda iqtidar-müxalifət münasibətləri kəskinləşir. Bunun qarşılığında Azərbaycanın siyasi həyatında sakitlikdir, Dağlıq Qarabağda verilən itkilərə görə hakimiyyət olsa-olsa ancaq sosial şəbəkələrdə tənqid olunur. Azərbaycan və Ermənistandakı bu fərq bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların azad edilməsi üçün məhrumiyyətlərə hazırdır. Ayrıca, işğal altındakı torpaqların güc yoluyla geri qaytarılması Azərbaycan cəmiyətinin sosial sifarişinə çevrilib. Ermənistan cəmiyyəti isə Dağlıq Qarabağ və ətraf rayonları qorumaq üçün insan itkilərinə hazır deyil və bu itkilərdə hakimiyyəti günahkar sayır. İtkilərin sayı isə hələ qurtarmır".

Politoloq hazırda Ermənistanda hadisələrin 3 istiqamətdə inkişaf etdiyini vurğulayıb:

"Birinci istiqamət odur ki, Ermənistanda anti-Rusiya meylləri getdikcə artır. Ermənistan hakimiyyətinin özü də cəmiyyətdə bu cür əhval-ruhiyyənin yaranmasına şərait yaradır. Rusiyanın İrəvandakı səfrliyi qarşısında mitinqlər bir-birini əvəz edir. Bu arada, Ermənistanda Qərb meyilli siyasətçilər və ekspertlər fəallaşıblar. Onlar fürsətdən istifadə edərək, Ermənistanın Rusiya ilə sıx bağlılığını tənqid edirlər. Bu gedişlə Ermənistanda gələcək prezident seçkisində Qərblə yaxınlığı təbliğ edən siyasətçinin reytinqi yüksək olacaq.

İkinci istiqamət odur ki, hakimiyyət içində problemlər artır. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvana qayıdıb. O, Serj Sərkisyanın siyasətini tənqid edir və tərəfdarlarının sayını artırır. Halbuki, Köçəryan və Sərkisyan hər ikisi Dağlıq Qarabağda separatizmin əsasını qoyanlardandırlar və vaxtilə siyasi müttəfiq idilər. Ancaq Köçəryan artıq Sərkisyanı müttəfiq saymır. Köçəryan Ermənistanda dərin iqtisadi böhrana görə də Sərkisyanı tənqid edir. Sərkisyanın reytinqi azaldıqca, Köçəryan onun yerini tutmağa çalışacaq. Görünür Köçəryan qarşısına böyük hədəf qoyub, o siyasi partiyaları ətrafında toplayaraq həm prezident, həm də parlament seçkilərində qələbə çalmağa çalışacaq.

Üçüncü istiqamət odur ki, Serj Sərkisyanın cəbhədəki uğursuzluqlara görə özünün siyasi karyerasını xilas etmək haqqında düşünür. Ermənistan prezidenti bu məqsədlə yeni müttəfiq(lər) axtarır. Sərkisyan məhz buna görə keçmiş prezident Levon Ter-Petrosyanla tez-tez görüşür. Levon Ter-Petrosyan Köçəryanın yenidən siyasi arenaya qayıtmasını istəmir. Ona görə də Levon Ter-Petrosyan müvəqqəti – taktiki səbəblə Sərkisyanla ittifaq qura bilər. Onsuz da Levon Ter-Petrosyan anlayır ki, Sərkisyanın siyasi perspektivi yoxdur, ona görə ona dəstək verməklə Köçəryanın hakimiyyətini gəlişini əngəlləmək istəyir. Hazırda Levon Ter-Petrosyan üçün Köçəryan daha təhlükəli fiqurdur. Sonrakı mərhələdə isə Sərkisyan-Ter-Petrosyan ittifaqı da dağılacaq".

"Beləliklə, cəbhə bölgəsində 4 günlük döyüşlər olmasaydı, Ermənistanda bütün bunlar yaşanmayacaqdı, ya da seçkiyə yaxın yaşanacaqdı. Bu proseslər həm də Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı qüvvələri daima təzyiq altında saxlamasının doğruluğunu göstərir" - deyə E.Şahinoğlu bildirib.

Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
Siyasət 22:46
Azərbaycan bu sənədi rədd edib - Minsk Qrupunun təklifi: “Ümumi dövlət”
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Siyasət 21:16
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Siyasət 09:48
Fransada “erməni soyqırımı”nı inkaretmə kriminallaşdırılmayacaq
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Siyasət 14:14
Rusiya-Ermənistan münasibətləri Azərbaycana necə təsir edəcək? - Deputatlardan ŞƏRH
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Siyasət 10:47
Əli Həsənov: Məcburi köçkünlər müavinətlərini alıb dərhal xərcləməsinlər
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
Siyasət 09:48
Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır
İlham Əliyev sərəncamlar imzaladı
Siyasət 16:16
İlham Əliyev sərəncamlar imzaladı
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Siyasət 12:28
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol