• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO

Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
29.05.2020 12:20
 Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 105 nəfərə çatıb, 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ştat rəhbəri Xavyer Duarte öz "twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onların 58 nəfəri müəssisənin əməkdaşlarıdırlar.

***04:16

Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ştatın qubernatoruna istinadən "Reuters" məlumat yayıb.

***03:28

Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış zamanı yaralıların sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik naziri Arturo Bermudesə istinadən "Reuters" məlumat yayıb

Nazir ölənlər barədə məlumatın olmadığını bildirib. Onun sözlərinə görə, partlayışdan sonra baş verən yanğını nəzarətə götürmək mümkün olub.

Şirkətin özünün məlumatına görə isə, yaralıların sayı 30 nəfərdir.

***02:18

Meksikanın "Clorados 3" neft müəssisəsində partlayış baş verib, hadisə nəticəsində ən azı 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Meksikanın "Petroleos Mexicanos" (Pemex) şirkətinin "twitter" səhifəsində məlumat verilib.

Zavod "Pemex" və "Mexichem" tərəfindən idarə olunan "Petroquímica Mexicana de Vinilo" şirkətinə məxsusdur.
 


 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünyanın axtardığı qadın Türkiyədə imiş - VİDEO+FOTOLAR
Dünya 06:41
Dünyanın axtardığı qadın Türkiyədə imiş - VİDEO+FOTOLAR
2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO
Dünya 06:41
2015-ci ilin ilk sərnişin təyyarəsi qəzası - VİDEO
Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO
Dünya 06:41
Türkiyədə terror aktı – YENİLƏNİB + FOTO + VİDEO
Brüssel metrosunda dördüncü partlayış: yaralananlar var - YENİLƏNİR
Dünya 06:41
Brüssel metrosunda dördüncü partlayış: yaralananlar var - YENİLƏNİR
İŞİD-dən ŞOK edam görüntüləri - FOTO/VİDEO
Dünya 06:38
İŞİD-dən ŞOK edam görüntüləri - FOTO/VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol