• $
  • £

Musiqili Teatrda “Amerikalı kürəkən”in yeni quruluşda premyerası olacaq

Musiqili Teatrda “Amerikalı kürəkən”in yeni quruluşda premyerası olacaq
21.04.2016 20:17
Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da saat 19.00-da Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını təqdim edəcək.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamaldır. "Amerikalı kürəkən”in yeni quruluşunun diqqət çəkən məqamlarından biri də müğənni kimi geniş tamaşaçı kütləsinin sevgi və rəğbətini qazanan Əməkdar artist Almaz Ələsgərlinin bu səhnə əsərində əsas qəhrəmanlardan birini – Tunzalə obrazını canlandırmasıdır.  Tunzalə qızı Reyhanı varlı bir adama ərə vermək istəyir. Reyhan isə kasıb ingilis dili müəllimi olan Kamranı sevir. Gənc sevgililər Tunzalə xanımın var-dövlət hərisliyinin onları ayıracağını görüb kələk qururlar. Məhz bu kələk nəticəsində Tunzalə xanımın bütün planları alt-üst olmaqla yanaşı, bir çox qaranlıq mətləblərə aydınlıq gəlir. Komik və gözlənilməz situasiyalardan ibarət bu maraqlı əhvəlat bütün maneələrə baxmayaraq əsl sevginin, məhəbbətin qələbəsi ilə yekunlaşır...
 
Qeyd edək ki, Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu” fakültəsini bitirib. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz Musiqili Teatrda səhnəyə çıxıb və Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül” əsərində baş qəhrəmanı – Könül obrazını canlandırıb. Sonra uzun müddət teatrdan uzaq düşən Almaz xanım əsasən müğənnilik fəaliyyəti ilə məşğul olub. Bu yaxınlarda yenidən teatra qayıdıb və  artıq Azərbaycan Dövlət Musiqili Teatrın aktrisasıdır.
 
"Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaiqf Məstanov, drijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.  Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol