• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Türkiyədə “Ergenekon müttəhimlərinin” işinə xitam verildi

Türkiyədə “Ergenekon müttəhimlərinin” işinə xitam verildi
22.04.2016 13:53
275 zabit, jurnalist, hüquqşünas və alim 2013-cü ildə o zamankı baş nazir Recep Tayyip Erdoğanın hökumətini devirmək cəhdində təqsirli bilinmişdilər.

Türkiyədə ən ali məhkəmə instansiyası ölkənin "hərbi çevriliş cəhdində” günahlandırılan bir sıra yüksək rütbəli hərbçiləri də daxil "Ergenekon” işi üzrə keçən 275 ittihamlının işinə xitam verib.

Appelyasiya məhkəməsinin qərarında deyilir ki, "Ergenekon” adlandırılan qəsd şəbəkəsinin mövcudluğunu isbat etmək mümkün olmayıb.

Sözü gedən zabitlər, jurnalistlər, hüquqşünaslar və alimlər 2013-cü ildə o zamankı baş nazir Recep Tayyip Erdoğanın hökumətini devirmək cəhdində təqsirli bilinmişdilər.

Hazırkı məhkəmə qərarı təkrar mühakimə ilə nəticələnə bilər.

Türkiyənin müasir tarixində ən böyük məhkəmə işi olan "Ergenekon” cənab Erdoğanın İslam təmayüllü Ədalət və İnkişaf Partiyasındakı (AKP) tərəfdarlarının ölkənin dünyəvi hərbi kəsimi üzərində təntənəsi hesab edilirdi.

Məhkəmə dinləmələri İstanbul kənarındakı Silivridə güclü təhlükəsizlik tədbirləri şəraitində keçirilirdi. Polis etirazçıları məhkəmə binasının yaxınlığına buraxmamaq üçün dəfələrlə gözyaşardıcı qazlardan istifadə etməli olmuşdu.

Müttəhimlərin arasında ən yüksək rütbəlisi ölkənin keçmiş baş hərbi komandanı İlker Başbuğ idi. Ona ömürlük həbs cəzası kəsilmişdi. Ondan başqa daha 16 nəfər ömürlük həbs cəzasına məhkum edilmişdi.

Dünyəvi hərbiyyənin çökdürülməsi

Appelyasiya məhkəməsi istintaqın qanunsuz aparılmasına dair bir sıra faktları bildirib. Bunların arasında qanunsuz güdmə və axtarışlar da var.

Əslində cənab Başbuğ barədə hökm 2014-cü ilin martında Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş və o sərbəst buraxılmışdı.

İlker Başbuğ 2008-2010-cu illər ərzində Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi olub.

Ergenekon şəbəkəsi hazırda Türkiyənin prezidenti olan Recep Tayyip Erdoğana qarşı 2003-2004-cü illərdə qəsd hazırlamaqda ittiham edilmişdi.

Mühakimənin əsasında belə bir ittiham dayanırdı ki, guya xalq kütlələrini hökumətə qarşı ayağa qaldıracaq "dərin dövlət” mövcud olub.

Lakin cənab Erdoğanın tənqidçiləri hələ o vaxt onu ölkənin dünyəvi dayaqlarını sarsıtmaqda ittiham edirdilər.

Həmin vaxta qədər ölkə hərbiyyəsi bütün siyasi böhranları həll edən sonuncu instansiya səlahiyyətində idi.

Erdoğan hakimiyyətə gəldiyi gündən hərbiyyənin qüdrətini sarsıtmağa cəhd edirdi. Hakim partiya bu prosesi mülki hakimiyyətin hərbi hakimiyyətdən üstünlüyünün bərqərar edilməsi kimi təqdim edirdi.

Türkiyənin Silahlı Qüvvələri 1960-cı ildən 1997-ci ilədək dörd hökuməti hakimiyyətdən kənarlaşdırmışdı.

Bunlarda biri də 1997-ci ildə ləğv edilmiş Rifah Partiyası idi. Rifah Erdoğanın hazırkı AKP partiyasının xələfi hesab edilir.

"Ergenekon” işi üzrə hökmdən beş il əvvəl aparılmış təhqiqatın nəticəsi olaraq Türkiyə ordusunun yüksək rütbəli zabitləri həbs edilmişdilər.

Onlardan bəziləri ayrıca olaraq "Gürz” adlanan iş üzrə keçirdilər. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol