• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Sərkisyan qəzəbləndi: “Necə yəni nə olardı? Türklər indi Stepanakertdə oturardı..”

Sərkisyan qəzəbləndi: “Necə yəni nə olardı? Türklər indi Stepanakertdə oturardı..”
22.04.2016 12:20

Ermənistan prezidenti Serj Sərkisyan hakim Respublika partiyasının Şurasının aprelin 16-da keçirilən iclası zamanı səslənən bəzi suallardan bərk əsəbiləşib. Virtualaz.org xəbər verir ki, buna səbəb Qarabağda baş verənlər haqda hakim partiya rəhbərliyinə daxil olan bəzi şəxslərin Sərkisyana ünvanlanan sualları olub.
"Qraparak” qəzetinin yazdığına görə suallardan biri belə olub k, əgər erməni tərəfi Azərbaycan ordusunun hücumunu dayandırmasaydı və "əks-zərbə” təşkil edə bilməsəydi nə baş verərdi. Qəzet yazır ki, Sərkisyan bu sualdan bərk əsəbiləşib. 

"Necə yəni nə olardı? Bəyəm sənə aydın deyil? Türklər indi Stepanakertdə (Xankəndi-red) oturmuşdu”-Sərkisyan qəzəbli halda bildirib.

Qarabağ mövzusunda növbəti sual isə belə olub: "KİV-lərdə belə mövqe yayılıb ki, təmas xəttində ancaq kasıb ailələrin uşaqları xidmət edir, onların övladları həlak olur”.

Sərkisyan qəzəblə cavab verib: "Nə bu mövzunu qaldıranların özləri, nə onların uşaqlarının hazırda orada olmadığı dəqiqdir...”

Qəzet yazır ki, məlumatı verən mənbədən Sərkisyanın kimi nəzərdə tutduğunu soruşub.

Mənbə deyib: "Deməyə çətinlik çəkirəm. Ancaq yəqin ki, Vardan Oskanyanı (keçmiş xarici işlər naziri) və onun ətrafını nəzərdə tuturdu”.

Ermənistanda hakim partiyanın həmin iclası qapalı keçirlib, müdafiə naziri Seyran Ohanyan cəbhədə yaranmış vəziyyət barədə məlumat verib.

Təfərrüatlar açıqlanmayıb.  

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol