• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Bakı Avropa liseyində Elm Guşəsinin açılışı oldu

Bakı Avropa liseyində Elm Guşəsinin açılışı oldu
22.04.2016 17:44
Aprelin  22-də Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Kimya Elmləri Bölməsinin (KEB) birgə təşkilatçılığı ilə Bakı Avropa liseyində Elm Guşəsinin açılışı olub.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən ANN.Az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev məktəblilərlə Akademiyanın tanınmış alimlərinin görüşünü təşkil etdiyinə görə Bakı Avropa liseyinin rəhbərliyinə AMEA Rəyasət Heyəti adından minnətdarlığını bildirib. Akademik liseydə bölmənin fəaliyyətini əks etdirən Elm Guşəsinin yaradılmasının elmlə təhsilin inteqrasiyasına xidmət etdiyini, şagirdlərin Elm Guşəsində toplaşaraq elmlə bağlı müzakirələr aparmaq imkanı qazandıqlarını vurğulayıb. Akademiyanın neçə illərdir ki, elmlə təhsilin inteqrasiyasına nail olmağa çalışdığını, bu istiqamətdə artıq AMEA-nın elmi müəssisələrində baza kafedraları yaradıldığını, həmçinin magistratura pilləsinə qəbulun həyata keçirildiyini deyən akademik Azərbaycan elminin inkişafının da məhz bu vəhdətdən asılı olduğunu diqqətə çatdırıb. KEB-in akademik-katibi Akademiyanın elmi müəssisələrində mütəmadi olaraq məktəblilər üçün "Açıq qapı" günlərinin təşkil edildiyini və bunun məktəblilərdə böyük marağa səbəb olduğunu xüsusilə qonaqların nəzərinə çatdırıb.

         Sonra liseyin direktoru Aygün Mikayılova Bakı Avropa liseyi ilə AMEA arasında yaradılmış əməkdaşlığa görə Akademiyanın prezidenti, akademik Akif Əlizadəyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, belə layihələr yaxın gələcəkdə fundamental, təbiət, texniki elmlər və yüksək texnologiyalar üzrə ixtisaslaşan gənc mütəxəssislərin sayının artmasına kömək edəcək, insanlarda elmə marağın artırılmasına təkan verəcək.

         Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov bildirib ki, bu layihə şuranın təhsil müəssisələrində həyata keçirdiyi ilk layihə deyil. Təhsillə elmin vəhdətinin zəruriliyindən danışan sədr yetişməkdə olan gənc nəslin bilik və bacarıqlarını artırmaq məqsədilə "Bu günün şagirdi, sabahın alimi", "Əyləncəli-öyrədici təcrübələr" və bir çox layihələr çərçivəsində müsabiqə, bilik yarışı və seminarların təşkil edildiyini söyləyib. Qeyd edib ki, bu cür tədbirlər istedadlı yeniyetmə və gənclərin üzə çıxarılmasında, dəstəklənməsində mühüm əhəmiyyətə malikdir.

         Eyni zamanda tədbirdə AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxış edərək şagirdlərə çalışdıqları elm sahələrinə dair məlumat veriblər.

         Açılış mərasiminin rəmzi sayılan qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası və Kataliz və Qeyri-üzvi Kimya institutları haqqında əyani vəsaitlərin yer aldığı Elm Guşəsi ilə yaxından tanış olublar.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 13:52
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 11:59
Zığ dairəsi-hava limanı yolunda sürət həddi endirilib
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Cəmiyyət 11:51
Tərtərdə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Cəmiyyət 11:50
Dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - Video
Cəmiyyət 10:39
Ölkəyə qanunsuz gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb - Video
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 08:57
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Cəmiyyət 23:38
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Bakıda 3 otaqlı ev yanıb
Cəmiyyət 23:09
Bakıda 3 otaqlı ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol