• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

TQDK-dan builki abituriyentlərə XƏBƏRDARLIQ

TQDK-dan builki abituriyentlərə XƏBƏRDARLIQ
25.04.2016 16:17
2016/2017-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul zamanı əvvəlki illərdən fərqli olaraq seçmə turlar keçirilməyəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, bunun əvəzində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə abituriyentlərin elektron qeydiyyatı aparılacaq. Abituriyentlər öz ixtisas qruplarına uyğun olaraq ümumi qaydada elektron ərizə doldurub, onun təsdiqini təmin etdikdən sonra TQDK‑nın saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş link vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.

Elektron qeydiyyatın tarixləri aşağıdakı kimidir:

– ali təhsil müəssisələrinin I qrup "memarlıq” ixtisası üzrə – aprelin 15-dən 30-dək;

– ali təhsil müəssisələrinin V qrup ixtisasları üzrə – mayın 6-dan 19-dək;

– tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 4-dən 18-dək;

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə mayın 20-dən iyunun 2-dək.

Qeydiyyatdan keçmiş abituriyentlər qəbul (cari ilin məzunları buraxılış) imtahanında iştirak etməlidirlər. İmtahanda topladığı balları TQDK tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar. Ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə şərtləri və digər məlumatlar "Abituriyent” jurnalının 2016-cı il tarixli 2-ci sayında verilib. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri "Abituriyent” jurnalının 3-cü sayında nəşr ediləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Cəmiyyət 23:30
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbulun müddəti uzadılıb
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Cəmiyyət 18:19
Metroda enerjinin verilişində məhdudiyyətlər aradan qaldırılıb - Yenilənib
Patriarx Kirill Azərbaycana gəlib
Cəmiyyət 18:02
Patriarx Kirill Azərbaycana gəlib
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Cəmiyyət 14:43
Sabah bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Cəmiyyət 13:20
Ağstafada iki yük maşını toqquşub, xəsarət alan var
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:55
Sabahın hava proqnozu açıqlanıb
Xankəndidə 1300 abonentə təbii qaz verilib
Cəmiyyət 12:45
Xankəndidə 1300 abonentə təbii qaz verilib
DYP sürücülərə müraciət edib
Cəmiyyət 12:25
DYP sürücülərə müraciət edib
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Cəmiyyət 12:02
FHN və AZAL birgə təlim keçirib - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol