• $
  • £

Avropa çempionatını yayımlayacaq telekanal açıqlanıb

Avropa çempionatını yayımlayacaq telekanal açıqlanıb
29.05.2020 04:08
17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının yayım hüququ "CBC Sport" telekanalına verilib. 

Bu barədə "Report"a kanalın baş direktoru Volkan Üst məlumat verib.

Onun sözlərinə görə, bütün oyunların çəkilişləri rəhbərlik etdiyi kanal vasitəsilə həyata keçiriləcək. V.Üst çempionatın oyunlarının yarısını yayımlayacaq "Eurosport" kanalına görüntülərin "CBC Sport" tərəfindən təqdim olunacağını deyib: "Burada yalnız azərbaycanlı əməkdaşlar çalışacaq. Xaricdən heç bir dəstək olmadan özümüz oyunları yüksək səviyyədə tamaşaçılara təqdim edəcəyik. Bu, çox məsuliyyətli işdir. Belə mötəbər turnirdə işləmək bizim üçün asan deyil. Ancaq işimizin öhdəsindən layiqincə gələcəyik".

Telekanal rəhbəri çəkilişləri həyata keçirmək üçün lazımi avadanlığın olduğunu da bildirib: "Çəkilişləri iki səyyar telestansiya vasitəsilə həyata keçirəcəyik. Bizim yüksək keyfiyyətli çəkiliş etmək və görüntüləri ötürmək üçün hər bir avadanlığımız var".

Qeyd edək ki, Avropa çempionatı 5 - 21 mayda keçiriləcək. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol