• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilir

Dövlət qulluğuna qəbul qaydaları dəyişdirilir
27.04.2016 17:41
Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilir.

Milli Məclisdən APA-ya bildirilib ki, Azərbaycan prezidenti qanunun 28-ci (Dövlət qulluğuna qəbul) maddəsinin dəyişdirilməsi ilə bağlı təqdimat verib.

Nəzərdə tutulan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test imtahanından ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq, test imtahanları təşkil edəcək. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Yeni redaksiyada verilən maddədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Layihə Milli Məclisə təqdim olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol