• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Azərbaycanda QHT-lərin işi asanlaşdırılır

Azərbaycanda QHT-lərin işi asanlaşdırılır
28.04.2016 16:41
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) qrant  müqavilələrinin Ədliyyə Nazirliyində qeydiyyata alınması, donorlar tərəfindən qrantların verilməsi ilə bağlı hüququn əldə edilməsi proseduru sadələşdiriləcək.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev bildirib.

Ə. Nuriyev deyib ki, dövlət başçısı dünən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə QHT-lər barədə qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması Milli Fəaliyyət Planında bir tədbir kimi yer alıb: "Əslində bu, həm də gələcəkdə bir institusional dəyişikliyin olacağını əks etdirir. Bununla bağlı hazırda Şurada həm qrantların qeydiyyata alınması, donorlara qrant vermə hüququnun verilməsi  prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanır və  qanunverici orqanda müəyyən qərarların qəbul edilməsi gözlənilir. Bu gün həm də vətəndaş cəmiyyəti ilə bağlı yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı müzakirələrə başlanıb. Bu müzakirələr QHT Şurası tərəfindən aparılır. Eyni zamanda QHT Şurası yanında Hüquq və monitorinq komissiyası tərəfindən mütəmadi olaraq qanunvericiliyin təsirlərinin öyrənilməsi ilə bağlı məsələlər, daxil olan müraciətlər öyrənilir, müzakirələr aparılır, müəyyən təkliflər hazırlanacaq. Beləiklə,  "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirin icrası QHT-lər üçün mühitin daha da yaxşılaşdırılmasına əlavə dəstək, kömək olacaq.  Bu istiqamətdə ardıcıl siyasi iradə var və proseslər davam edir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Azərbaycanda poliklinikaların sayı artırılır
Cəmiyyət 12:16
Azərbaycanda poliklinikaların sayı artırılır
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Cəmiyyət 12:13
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürüldü
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Cəmiyyət 12:06
Azərbaycanda yeni Milli Komissiya yaradıldı
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Cəmiyyət 11:52
Azərbaycanda yeni peşə məktəbi açılacaq
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Cəmiyyət 11:48
Mübariz Qurbanlı: Belə hərəkətlər cəzasız qalmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol