• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Sərkisyan bu dəfə deputatları danladı: “Niyə susurdunuz?”

Sərkisyan bu dəfə deputatları danladı: “Niyə susurdunuz?”
29.04.2016 11:51
Ermənistan prezidenti Serj Sərkisyan aprelin 27-də axşam hakim Respublika partiyasının parlament fraksiyasının üzvləri ilə təcili iclas keçirərək onları danlayıb. Üstəlik bəzi deputatların mandatlarının alına biləcəyinə və tutduqları vəzifələrdən çıxarılacağna eyham vurub.

Virtualaz.org "Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bunun səbəbi hakim partiyadan olan deputatların Qarabağda aprelin əvvəllərində gedən döyüş əməliyyatları ilə bağlı parlamentdə hakimiyyətin ünvanına səslənən ittihamlara cavab verməməsi olub.

Hakim partiyadan olan deputat Vazgen Qaraxanyan ötən gün aprelin 28-də "Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Sərkisyan Respublika partiyasının parlament fraksiyasının üzvlərinin fəaliyyətindən narazılıq edib. Sərkisyan "bəzi siyasi xadimlərin” Ermənistan ordusunun həmin döyüşlərdə ağır itkilər verdiyi, hərbi rəhbərliyin səhvləri və ordunun təchizatının bərbad durumda olduğu haqda parlamentdə səslənən tənqidlərindən danışaraq hakim partiyadan deputatların buna cavab verməməsindən ciddi narazılıq ifadə edib.

Sərkisyan soruşub ki, bu cür tənqidlər səslənəndə deputatlar niyə susurdu və Qarabağda baş verənlərə dair "real mənzərəni” təqdim etmirdi. Qaraxanyanın sözlərinə görə, Sərkisyan deyib ki, əgər bəziləri öz yerlərində deyilsə deməli onları əvəzləmək lazımdır. Bu, hamıya, o cümlədən deputatlara aiddir. Sərkisyanın sözlərinə görə, indiki şəraitdə parlament də səngərdir və deputatlar öz mövqelərində lazımınca işləməlidir.

Qaraxanyanın sözlərinə görə, Sərkisyan toplantıda silahlı qüvvələrin Baş qərargahının, Müdafiə Nazirliyinin rəhbərliyinin səhvləri haqda danışmayıb. Ancaq deyib ki, baş verənlərdən sonra hər kəs yenidən oturub fikirləşməli, harada səhvlərə yol verildiyini təhlil etməli və bir də belə situasiyalara qəfil yaxalanmamaq üçün tədbirlər görməlidir.

Xatırladaq ki, Ermənistan ordusunun aprelin əvvəllərində gedən döyüşlərdə ağır itkilər verdiyini və bunun əsas səbəbinin ordunun təchizatının bərbad vəziyyəti olduğunu keçmiş baş nazir Qrant Baqratyan parlamentdə demişdi. O, müdafiə nazirini bu məsələlərlə bağlı izahat vermək üçün parlamentə çağırmışdı.

Sərkisyan 4 günlük müharibədə erməni ordusunun aldığı sarsıdıcı zərbələrə görə Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb, 3 generalı işdən qovub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Dünya 11:17
Netanyahu bu gün ABŞ-a səfər edəcək
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol