Obamadan Tramp-a “Miss Azərbaycan” zarafatı - VİDEO
ABŞ prezidenti Barack Obama Ağ Ev Müxbirlərinin təşkil etdiyi nahardakı çıxışı zamanı bir neçə siyasətçiyə sataşıb.
Bu, onun prezident kimi ənənəvi tədbirdə sonuncu iştirakıdır.
Nahar ABŞ prezidentinə özü, müttəfiqləri və rəqibləri ilə bağlı zarafat etmək şansı verir.
Keçən illərdə olduğu kimi, ABŞ prezidentliyinə Respublikaçı namizəd olan Donald Trump zarafat hədəfi olub.
Lakin cənab Trump tədbirdə iştirak etməyib.
"Respublikaçılar inana bilmirlər ki, o [Trump] onların ən şanslı namizədidir. Onlar iddia edirlər ki, Donald-ın prezident olmaq üçün kifayət qədər xarici siyasət təcrübəsi yoxdur. Lakin ədalət naminə deyək ki, o, illər boyu dünyanın müxtəlif yerlərindən liderlərlə görüşüb: Miss İsveç, Miss Argentina, Miss Azərbaycan”.
"Bu şam məclisi Donald üçün çox kasıbdır? Görəsən bura gəlmək əvəzinə indi o nə işlə məşğuldur? Evdə oturub qızardılmış Trump langeti yeyir? Angela Merkel-ə təhqiredici tvitlər göndərir? Nə işlə məşğuldur o?”
Cənab Obamanın dramatik çıxışı ayaqda alqışlarla qarşılanıb.
Tədbirdə jurnalistlər, siyasətçilər, film və televiziya ulduzları iştirak edib. (BBC Azeri)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər