• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İspaniya “Rusiya mafiyasının ovu”na başlayır

İspaniya “Rusiya mafiyasının ovu”na başlayır
04.05.2016 12:22
İspaniyadan alınan xəbərlərdə bildirilir ki, hökumət rəsmiləri də daxil "mafiyaya bağlı” rusiyalıların həbsinə order verilib

İspaniya Ali Məhkəməsinin hakimi mütəşəkkil cinayətkarlıqda şübhəli bilinən 12 rusiyalının həbsinə order verib. Onların arasında yüksək vəzifəli hökumət və dövlət rəsmilərinin də olduğu bildirilir.

Sözü gedən 12 nəfər Rusiya mafiyasının başçılarından Gennadi Petrovla əlaqəli olmaqda şübhəli bilinir. Petrov 2008-ci ildə İspaniyada həbs edilsə də, sonradan Rusiyaya qaça bilib.

 Şübhəlilərdən bəziləri Rusiya prezidenti Vladimir Putinə yaxın rəsmilərdir.

Onlardan biri, Nikolay Aulov İspaniya məhkəməsinin bu ittihamlarını "siyasi motivli” kimi rədd edib.

Cənab Aulov Rusiya Federal Antinarkotik Xidməti rəisinin müavinidir.

Bu xidmətin ittihamlarla bağlı bəyanatında deyilir ki, "bu, Rusiya Federasiyası rəsmilərinin ləkələnməsi üçün daha bir siyasi sifarişin icrasıdır”.

Tambov sindikatı

İspaniyanın Ağır Cinayətlər üzrə Məhkəməsinin hakimi Jose de la Mata-nlın imzaladığı orderdə qeyd olunub ki, axtarışda olan 12 nəfər Gennadi Petrovun "Tambov” mafiya sindikatına bağlı şəxslərdir.

Onlar sifarişli qətlərdə, silah və narkotik alverində, reketdə, saxtakarlıqda və çirkli pulların yuyulmasında ittiham edilirlər.

İspaniyanın axtardığı şübhəlilərdən biri də Rusiya İstintaq Komitəsi (RİK) rəhbərinin müavini İqor Sobolevskidir.

Bu siyahıda millət vəkili Vladislav Reznik də var. O əvvəllər Rusiya Dumasında maliyyə bazarları komitəsinin sədri olub. Onun arvadı Diana Gindina da siyahıdadır.

Xəbər verilir ki, bu 12 nəfərdən bəzilərinin adları həm də İspaniya prokurorluğunun ötən il elan etdiyi ittihamnaməyə daxil 27 rusiyalı şübhəlinin arasında da var.

Petrov İspaniyada "Troyka” adı ilə tanınan əməliyyatın gedişində həbs edilmiş 20 nəfərin arasında idi.

İspaniya prokurorluğu bildirir ki, Petrovun qrupu keçmiş müdafiə naziri Anatoli Serdyukov və keçmiş baş nazir Viktor Zubkov da daxil bir sıra rəsmilərlə bağlıdır.

2006-cı ildə Londonda radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək qətlə yetirlmiş keçmiş Rusiya xəfiyyəsi Aleksandr Litvinenko İspaniya hökumətinə Rusiya mütəşəkkil cinayətkarlığının ifşa edilməsində köməklik göstərirdi. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol