• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Azərxalça” ASC yaradıldı - SƏRƏNCAM

05.05.2016 19:22
Prezident İlham Əliyev "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

AzərTAc-ın verdiyi məlumata görə, sərəncama əsasən, "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv ediləcək. ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.

Sərəncama əsasən, Nazirlər Kabinetinə ASC-nin nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, İqtisadiyyat Nazirliyinə Cəmiyyətin inkişaf strategiyasının müəyyən edilməsi; bu Sərəncamın 5.2-ci bəndi nəzərə alınmaqla, Cəmiyyətin İdarə Heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin Müşahidə Şurasının və Təftiş Komissiyasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; Cəmiyyətin idarə, filial və nümayəndəliklərinin, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi; Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi; Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi tapşırılıb.

Bu sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli;

Cəmiyyətdə Müşahidə Şurası, İdarə Heyəti və Təftiş Komissiyası yaradılacaq.

Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, ASC-nin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
Siyasət 09:17
Konstitusiya dəyişikliyi ilə bağlı referendumun vaxtı təyin edildi
İlham Əliyev 5 milyon manat ayırdı
Siyasət 04:41
İlham Əliyev 5 milyon manat ayırdı
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Siyasət 04:23
Azərbaycanın almaq istədiyi yeni silah - FOTO
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Siyasət 04:12
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
Siyasət 03:11
Eks deputatın müstəntiq oğlu barəsində HƏBS QƏRARI - FOTO
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Siyasət 02:01
TƏHLİL: Vladimir Putinin Dağlıq Qarabağda münaqişənin qızışmasındakı rolu
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Siyasət 01:45
Prezidentlərin görüşü Qarabağ probleminin həllinə necə təsir edəcək? - AÇIQLAMALAR
Elmar Məmmədyarov:
Siyasət 18:22
Elmar Məmmədyarov: "Vyana görüşü yaxşı imkanlar yaradır"
Siyasət 21:28
"ABŞ Konqresinin mandatı Azərbaycana silah satmağımıza imkan vermir"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol