• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan Davudoğlunun istefasına münasibət bildirdi

Ərdoğan Davudoğlunun istefasına münasibət bildirdi
06.05.2016 18:36
 "Avropa İttifaqı Türkiyə ilə vizanın götürülməsi qarşılığında terrora qarşı mübarizə qanunun dəyişdirməyimizi istəyir. Siz orada terrorçulara çadır quracaqsınız,(Belçikada və Avropanın başqa şəhərlərində terrorçu PKK-nın zərərsizləşdirlimiş silahlılarına qurluna yas çadırlarını nəzrədə tutur - "REPORT") sonra gəlib, bizə də viza şərti ilə sürəcəksiniz".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eyub bələdiyyəsində sosial xidmətlər üçün binanın açılış mərasimində bildirib.

"Baxaq, görək. Biz yolumuzla gedirik. Sən yolunla get. Kiminlə anlaşa bilirsən, get onunla anlaş", -deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyənin baş naziri səlahiyyətlətinin müvəqqəti icra dedən Əhməd Davudoğlunun hakim Ədalət və İnkişaf Partiyası (AKP) fövqəladə qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyi haqda dediklərinə toxunun ölkə başçısı deyib: "Bu günlərdə məlum çətinlikləri yaşayırıq. Birliyimizi daha da güclədirməliyik. AKP qurultay keçirmək haqda qərar qəbul edib. Hörmətli baş nazir də namizəd olmayacağını açıqladı. Bu qərarın xeyirli olmasını Allahdan təmənna edirəm. Baş nazirə öz adımdan və millətim adından gördüyü işlərə görə təşəkkür edirəm.

Belə vəzifələr bayraq yarışıdır. Mən də bunu Güldən almışdım (AKP sədrliyini və Türkiyənin 11-ci prezidenti Abdullah Gülü nəzərdə tutur- "REPORT").

40 illik mübarizə dostlarımın olduğu bir partiya ilə yaxından maraqlanmağım bəzilərinin narahat edir. Hər dəyişiklik bir həyəcan gətirir".

Qeyd edək ki, Əhməd Davudoğlu istefa verikdən sonra ABŞ və Avropa İttifaqı Türkiyə ilə Aİ arasında qaçqın və viza məsəslələrində əməkdaşlığı davam etdilməsinin vacibliyinin vurğulayıblar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol