• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Məxfi sənədlər Obamanı hərəkətə keçirdi

Məxfi sənədlər Obamanı hərəkətə keçirdi
07.05.2016 11:15
Obama administrasiyası vergidən yayınma və çirkli pulların yuyulmasına qarşı ciddi maliyyə islahatları həyata keçirməyi planlaşdırır.

ANS PRESS-in məlumatına görə, təklif olunan yeni ölçülərə görə, iri şirkətlərin, korporasiyaların, holdinqlərin həqiqi sahibləri barədə federal qurumlara daha dolğun məlumatlar verməsi tələb olunacaq.

ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi brifinqdə Konqresi ABŞ bank sisteminin daha şəffaf fəaliyyətinə təkan verəcək və hüquq mühafizə orqanlarına gizli sahibləri müəyyənləşdirməyə kömək olacaq qanun qəbul etməyə çağırıb.

Hazırda bir sıra iri korporasiyalar, baş ofislərini müxtəlif vergi cənnətlərində qeydiyyatdan keçirməklə və federal qanunvericilikdəki boşluqlardan sui-istifadə etməklə, ABŞ Daxili Vergi Xidmətinə heç bir hesabat göndərmir.


"Konqres dəstək olmasa bu tapşırığın öhdəsindən təkbaşına gələ bilməyəcəyik. Ona görə də buradan Konqresə üz tutaraq, onları ABŞ ərazisində təsis olunmuş şirkətlərin icbari qaydada həqiqi sahibləri barədə Maliyyə nazirliyinin maliyyə cinayətlər ilə mübarizə bölməsinə məlumat göndərməsi barədə qanun qəbul etməyə çağırıram. Bu kimi tədbirlər vergidən yayınmanın, çirkli pulların yuyulmasının qarşısını alacaq, terrorçuların maliyyələşməsinə imkan verməyəcək və ən əsası bizim iqtisadiyyatın fundamental prinsiplərinə dayaq olacaq”, - Obama deyib.

Prezident bu təşəbbüslə çıxış etməsinə oşfor şirkətlər və məxfi hesablar yolu ilə külli miqdarda vəsaitin vergidən yayınması haqqında Panama Sənədlərinin mətbuata sızması təsir göstərib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol