Vətəndaşdan Ərdoğana gözlənilməz təklif
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sakinlərdən biri tərəfindən qəribə təklif edilib. ANS PRESS-in məlumatına görə, prezident Malatya getmək üçün avtomil karvanı ilə Tarabya köşkündən çıxıb və simit almaq üçün meydanda karvanı dayandırıb. Prezidentin mühafizəçiləri simit alarkən satıcı Ərdoğanın yanına gələrək əlini öpüb. Daha sonra digər vətəndaşlar da prezidetin yanına gələrək onunla söhbət ediblər.
Vətəndaşlardan birinin R. T. Ərdoğana etdiyi təklif isə diqqətdən yayınmayıb. O, prezidentə deyib: "Rəis, məni baş nazir vəzifəsinə gətirərsən? Məndən daha sadiq dost tapa bilməzsən". Daha sonra prezident ərazini tərk edib və Malatya səfərinə yola düşüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər