Dünyanın ən hörmətli şəxsi kimdir?
Dünyanın ən hörmətli şəxslərinin adları açıqlanıb. ANS PRESS-in məlumatına görə , siyahı "YouGov" sosioloji xidməti tərəfindən hər il aparılan sorğu nəticəsində hazırlanıb. Siyahıya artıq 3-cü dəfədir ki, "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts rəhbərlik edir. O , dünyanın ən hörmətli şəxsi hesab olunur. Reytinqdə ikinci yer ABŞ prezidenti Barak Obamaya məxsusdur. Üçüncü yerin sahibi isə Çin Xalq Respublikasının sədri Si Tsinpindir.
Dünyanın ən hörmətli şəxsləri siyahısında Rusiya prezidenti Vladimir Putin ilk onluğa daxil olub və 6-cı yerdə qərarlaşıb. Rusiya prezidenti siyahıda Tibet xalqının dini lideri Dalay -lamanı, Hindistanın baş naziri Narendra Modini , "Facebook" sosial şəbəkəsinin yardaıcısı Mark Zukerberqi , çinli iş adamı Cek Manı və keçmiş futbolçu Devid Bekxemi geridə qoyaraq önə keçib. Putin ötən il siyahıda 11-ci yerdə qərarlaşıb.
Sorğu dünyanın 30 ölkəsində aparılıb. Sorğuda iştirak edənlər iki suala cavab verməli olublar. Birinci sual- "Siz kimə heyransınız?" , ikinci sual isə "Ən çox kimə heyransınız? olub. Birinci suala bir neçə cavab verməyə icazə verilsə də, ikinci sualda yalnız bir şəxsin adını çəkmək təlıb olunub.
www.ann.az
Dünyanın ən hörmətli şəxsləri siyahısında Rusiya prezidenti Vladimir Putin ilk onluğa daxil olub və 6-cı yerdə qərarlaşıb. Rusiya prezidenti siyahıda Tibet xalqının dini lideri Dalay -lamanı, Hindistanın baş naziri Narendra Modini , "Facebook" sosial şəbəkəsinin yardaıcısı Mark Zukerberqi , çinli iş adamı Cek Manı və keçmiş futbolçu Devid Bekxemi geridə qoyaraq önə keçib. Putin ötən il siyahıda 11-ci yerdə qərarlaşıb.
Dünyanın ən hörmətli qadını isə dünya şöhrətli aktrisa Ancelina Coli seçilib. Reytinqdə ikinci yerə Böyük Britaniya Kraliçası II Yelizaveta , üçüncü yerə isə ABŞ prezidentliyinə namizəd Hillari Klinton layiq görülüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər