• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: “20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”

İlham Əliyev: “20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”
09.05.2016 22:09
"Müstəqilliyə gedən yol Naxçıvanda başlayıb, Heydər Əliyevin təşəbbüsüylə Cümhuriyyətin bayrağı Naxçıvanda dövlət bayrağı elan edilib”

"Azərbaycan xalqına qarşı 1990-cı ildə növbəti təxribat - qanlı yanvar cinayəti törədilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir”.

APA-nın məlumatına görə, bunu bu gün  Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Heydər Əliyev bununla bağlı dərhal öz səsini ucaldıb: "Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, mən də onunla bərabər idim. Mətbuat konfransı sovet rəhbərliyini ittiham etdi, onların hərəkətlərini pislədi. O vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki SSRİ-nin dağılmasına hələ 2 il vaxt var idi, heç kimin ağlına gələ bilməzdi ki, SSRİ kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt Heydər Əliyev tərəfindən belə cəsarətli addımın atılması bir daha onun nə qədər xalqına bağlı, fədakar, cəsarətli olduğunu göstərirdi. Təbii ki, bundan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdı.  Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdi. O, bu hadisələrə etiraz əlaməti olaraq 10 illər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmış və Bakıya qayıtmışdı. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi”.

Prezident İlham Əliyev bildirib ki, təəssüflər olsun ki, Heydər Əliyevə Bakıda da yaşamağa imkan vermədilər: "Heydər Əliyev doğulduğu yerə – Naxçıvana üz tutdu. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşayıb. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Ondan sonra Heydər Əliyev Naxçıvanın rəhbəri kimi Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illər idi. Mən hesab edirəm ki, müstəqilliyə gedən yol o illərdə Naxçıvanda başlayıb. Çünki Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı elan edilib. O vaxt hələ SSRİ yaşayırdı, bəlkə də çoxları SSRİ-nin dağılacağı barədə fikirləşmirdi”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 08:57
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Cəmiyyət 23:38
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Bakıda 3 otaqlı ev yanıb
Cəmiyyət 23:09
Bakıda 3 otaqlı ev yanıb
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Cəmiyyət 20:32
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Cəmiyyət 18:03
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 17:05
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Cəmiyyət 16:30
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Cəmiyyət 15:54
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol