• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan alman mediakonserninin rəhbərini məhkəməyə verdi

Ərdoğan alman mediakonserninin rəhbərini məhkəməyə verdi
10.05.2016 11:07
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın böyük mediakonsernlərindən biri olan "Axel Springer AG”in rəhbəri Matias Depfneri məhkəməyə verib. 

Oxu.Az "Deutsche Welle” istinadən xəbər verir ki, Depfner türk prezidenti haqqında ZDF kanalında təhqiramiz şeir oxuyan alman satiriki Yan Bemermanın ünvanına dəstəkləyici sözlər deyib.

Məlumata görə, Depfner Ərdoğan haqqında zarafatlara güldüyünü bildirib.

Daha sonra türk tərəfi mediakonsern rəhbərinə qarşı Bemermanın ünvanına hansısa bəyanat verməyi qadağan edən məhdudiyyətlər qoymağı tələb edib.

Bununla yanaşı, Ərdoğan qadağa təmin edilməzsə, ali instansiya məhkəməsinə müraciət etmək niyyətindədir, bunu Türkiyə prezidentinin vəkili Ralf Heker bildirib. 

Aprelin 10-da türk hökuməti Almaniyanın Xarici İşlər Nazirliyindən aparıcı Yan Bemermana qarşı cinayət işinin başlanmasını tələb edib.

Onun ardınca çıxış edən Almaniyanın ədliyyə naziri Hayko Maas bəyan edib ki, Bemermannın şerinin satira yaxud böhtan hesab edilməsi məsələsi məhkəməyəqədərki qaydada həll olunacaq və qeyd edib ki, Bemermann üzərində məhkəmə istənilən halda keçiriləcək.

Şeir Bemerman tərəfindən martın 31-də Almaniyanın ZDF kanalının efirində "Neo Magazin Royale” verilişində oxunub. Öz satirasında müəllif türk liderini kürd və xristianları sıxışdırmaqda, eləcə də müxalifət qəzetlərinin bağlamaqda ittiham edib. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol