Rusiyanın tanınmış rəssamı vəfat edib
Rusiya Rəssamlar İttifaqı və Dizaynerlər İttifaqının üzvü, tanınmış rəssam Vladimir Kaminski vəfat edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı rəssamla vida mərasimi mayın 11-də doğulduğu Barnaul şəhərində keçiriləcək.
1946-cı il fevralın 5-də Barnaulda dünyaya göz açan rəssam, ömrünün son günlərinədək doğma şəhərində yaşayıb və doğulduğu şəhərin 250 illiyində Barnaul şəhərinin tikinti-bərpa işlərinə başçılıq edib.
1972-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak edən rəssamın fərdi sərgiləri dəfələrlə xaricdə nümayiş etdirilib.
www.ann.az
Son xəbərlər
Daha çox