• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: “İŞİD-ə dəstək verdiyimizi söyləyən alçaqlar oldu”

Ərdoğan: “İŞİD-ə dəstək verdiyimizi söyləyən alçaqlar oldu”
11.05.2016 19:21

"İŞİD-lə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni İŞİD-ə yardım edən dövlət kimi göstərmə alçaqlığına gedənlər oldu”.
 
APA-nın "Sabah”a istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Balkan ölkələri Baş Qərargah rəislərinin 10-cu konfransında çıxış edərkən deyib. O bildirib ki, İŞİD-ə ən böyük zərbələri məhz Türkiyə vurub: "Belə bir ölkə İŞİD-ə necə dəstək verə bilər? Biz İŞİD-in əlindəki silahların kimə aid olduğunu bilirik. Bir çox dost ölkəyə "bu silahları oraya atmayın” dedik, həmin silahların yarısı İŞİD-ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə dinclik gəlməyəcək. Sərhədlərimizin o biri tərəfinin terror təşkilatlarının sığınacağı halına gəlməsinə qarşı zəruri addımlar atmaqda qərarlıyıq”.
 
R. T. Ərdoğan qeyd edib ki, Suriya məsələsi çoxdan regional problem olmaqdan çıxaraq qlobal təhdid halına gəlib: "Təəssüf ki, bu gün beynəlxalq təşkilatların 1990-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük. Qonşumuz Suriya başda olmaqla, bölgədə baş verənlər bunun təzahürüdür. Təxminən 600 min insanın ölməsinə rəğmən lazımi addımlar atılmayıb. İraq, Yəmən, Ukrayna məsələlərində ümidverici gəlişmələr yaşanmır. Köç problemi daha çox insanı öz təsiri altına alacaq şəkildə genişlənir”.   
 
Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol