• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Gürcüstan prezidenti: İndi eynicinsli nikahlar haqqında düşünməyin vaxtı deyil

Gürcüstan prezidenti: İndi eynicinsli nikahlar haqqında düşünməyin vaxtı deyil
11.05.2016 21:52
"Mülki Məcəllədə bu məsələ həll edilib”.

Eynicinslər arasında nikah mövzusu Gürcüstanda aktual olmamalıdır, belə ki, ölkədə başqa problemlər var.

Oxu.Az xəbər verir ki, Sputnikin məlumatına görə, bu fikri ölkə prezidenti Georgi Marqvelaşvili Tbilisi klassik gimnaziyasının şagirdləri ilə görüşdə bildirib.

Gürcüstanda eynicinslər arasında nikah məsələsini LGBT – cəmiyyətinin hüquq mühfizəçisi Georgi Tatişvili qaldırıb. Buna cavab olaraq rəqibləri nikahın yalnız qadın və kişi arasında ittifaqın olduğuna dair ölkə Konstitusiyasında düzəlişlərin edilməsini parlamentə çıxarıblar.

"Mən bunun yolverilməz olduğunu və ya olmadığını demirəm, mən bunun uydurulmuş mövzu olduğunu deyirəm... Mülki Məcəllədə bu məslə həll edilib: nikah – kişi və qadın arasında ittifaqdır. Nikah bağlamaqla əlaqədar mövqe formalaşdırmaq lazım deyil, çünki o artıq formalaşıb. Bu, qanunvericilikdə qeyd edilib”, - Marqvelaşvili deyib.

Gürcü vətəndaşını, onun eynicinslər arasında nikaha qarşı olub-olmaması müəyyənləşdirmir, onu çoxəsrlik tarixi, dahi çarları, ədəbi inciləri, folklor və tolerantlığı müəyyənləşdirir deyə o, izah edib.

"Bizdən başqa bir çoxları eynicinsli nikahları təkzib edir. Bu, mövzu deyil”, - deyən Marqvelaşvili əlavə edib ki, hər bir insanın azad seçiminə hörmət etmək lazımdır.  

"Cəmiyyətdə yalnız müxtəlif tip insanların mövcudluğuna yol verildiyi an azadlıq var olur. Başqasının azadlığını tanımayan insan, azad ola bilməz”, - Marqvelaşvili deyib.

O həmçinin siyasi seçimin azadlığının vacib olmasını da qeyd edib. "Avropa yolunu bəyənməyənlər, Avropa yolunu arzulamaya bilərlər, bu isə Avropa və sivilizasiyanın ilk əlamətidir”, - Marqvelaşvili deyib və vurğulayıb ki, Gürcüstan əhalisinin mütləq çoxluğu Avropa İttifaqına can atır.

Dövlət başçısı, "Avropa və Avropa dəyərləri nədir?” məruzəsini Gürcüstanda Avropa günləri çərçivəsində oxuyub. Çıxışından sonra prezident yuxarı sinif şagirdlərinin suallarına cavab verib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Dünya 10:00
Mərkəzi Afrika Respublikasında ümumi seçkilər üzrə səsvermə başlayıb
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Dünya 09:20
Tramp və Zelenskinin Floridadakı görüşü daha erkən vaxta keçirilib
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol