• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Putinin Bakıya səfərinin iki versiyası - Politoloq

Putinin Bakıya səfərinin iki versiyası - Politoloq
12.05.2016 16:11
"Putinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürmək mümkündür" - bunu "Atlas” Araşdırmalar Mərkəzi rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq Elxan Şahinoğlu Rusiya ölkə başçısı Vladimir Putinin Azərbaycana gəlməsi ilə bağlı yayılan xəbərləri şərh edib.
 

Elxan Şahinoğlu

Mərkəz rəhbərinin sözlərinə görə, mayın 7-də xəbər yayıldı ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gündən sonra Azərbaycana səfər edəcək: "Daha sonra xəbər yayıldı ki, Putin mayın sonunda Azərbaycana gələcək. Hiss olunur ki, bu xəbərlər Rusiyanın hakimiyyət kanallarından yayılır. Görünür, Kreml bu yolla Azərbaycan hakimiyyətinin bu səfərə münasibətini öyrənmək istəyir. Çünki, rəsmi Bakı Putinin Azərbaycana səfərinin detalları barədə məlumatlı deyil. Mayın 8-də isə Vladimir Putin bir çox dövlət başısına təbrik məktubu göndərdi. Həmin məktublarda Putin İkinci Dünya müharibəsindəki qələbənin 71-ci ildönümü münasibətilə həmkarlarını təbrik edirdi. Putin belə bir təbrik məktubunu Azərbaycan prezidenti İlham Əliyevə də göndərdi. Məktubda belə bir cümlə var idi: "İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir”. Cümlənin sonuncu hissəsi ilə Putin sanki rəsmi Bakıya mesaj göndərir ki, Azərbaycan Dağlıq Qarabağın azad olunması məqsədilə müharibəyə başlamasın, çünki nəticədə hər iki tərəfdən böyük itkilər ola bilər".

Politoloq Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı iki versiya irəli sürmək mümkün olduğunu deyib:

"Birinci versiya bundan ibarətdir ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Putinin planının ümumi konturları hazırdır və o bu planın detalları ilə azərbaycanlı həmkarını tanış etmək istəyir. Aydındır ki, Putin bu planını erməni həmkarına da təqdim etməlidir. Ona görə də plan müzakirə olunduğu müddətdə Putin hər iki tərəfdən atəşkəsə riayət etməyə çağıracaq. Görünür, Putin də hiss edir ki, yaxın aylarda bölgədə böyük müharibə başlaya bilər. Rusiya prezidenti isə Cənubi Qafqazda başlana biləcək müharibədən ehtiyat edir, Suriya və Ukraynada məsələlər bitməmiş cənub istiqamətində də enerjisi itkisindən qorxur. Çünki Qərb Rusiyanı zəiflətmək üçün müxtəlif yollar axtarır. Rusiya Cənubi Qafqazda başlanacaq müharibədə Ermənistanı müdafiə etsə və hərbi toqquşmalara müdaxilə etsə, Azərbaycanla münasibətlərini gərginləşdirməklə yanaşı, Qərb və İslam dünyası ilə münasibətlərini gərginləşdirəcək.

İkinci versiya isə bundan ibarətdir ki, Putin keçmiş prezident Dmitri Medvedyevin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 2011-ci ildə hazırladığı "Kazan prinsiplərini” yenidən rəsmi Bakıya qəbul etdirməyə çalışacaq. Putin bunula bərabər Bakıda xarici işlər naziri Sergey Lavrovun "atəşkəsə riayət olunmalıdır”, "insidentlər araşdırılmalıdır” kimi fikirlərini təkrarlaya bilər. Hazırki vəziyyətdə statusun müəyyənləşməsini nəzərdə tutan "Kazan prinsipləri” Azərbaycanın maraqlarına uyğun deyil. Putinin hazırladığı başqa planın da Azərbaycanın maraqlarına uyğun olacağını vurğulamaq problematikdir.

Azərbaycanın hakim dairələri və cəmiyyəti Rusiyaya inamı azdır. Kremlin Ermənistan hakimiyyətinə təsir edib ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağına inam yoxdur. Ona görə də Putinin Azərbaycan və Ermənistana səfərinin ciddi effekti olmayacaq. Kreml, sadəcə müharibənin başlanmasını əngəlləmək üçün vaxt qazanmaq istəyir" - deyə E.Şahinoğlu əlavə edib.
 
Orxan Aslanlı

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol