• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: Qara dəniz “rus gölünə” çevrilir

Ərdoğan: Qara dəniz “rus gölünə” çevrilir
12.05.2016 19:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizin "rus gölünə” çevrilməsindən gileylənib.

Oxu.Az "Eurasia.net” portalına istinadən xəbər veirr ki, o həmçinin Rusiyaya qarşı durmaq üçün NATO-nu Qara dənizdə fəal iştiraka çağırıb.

Türkiyə lideri bu bəyanatı İstanbulda təhlükəsizlik məsələləri üzrə Balkan konfransında verib.

"Biz, Qara dənizdə koordinasiyamızı və əməkdaşlığımızı gücləndirməliyik. İyulun 8-də Varşavada NATO-nun sammitinin nəticələrinə ümid edirik... Qara dəniz sabitlik dənizinə çevrilməlidir. Mən NATO-nun baş katibinə, onların demək olar ki, Qara dənizdə olmamalarını və bu səbəbdən də dənizin az qala "rus gölünə” çevirildiyini bildirmişəm. Biz Qara dənizə çıxışı olan ölkə kimi öz borcumuzu yerinə yetirməliyik. Əgər tədbir görməsək, tarix bizi bağışlamayacaq”, - Ərdoğan deyib.

Portalın məlumatına görə, türk prezidenti Rumıniyanın özünəməxsus NATO Qara dəniz donanmasını yaratmaq istəyinə eyham vurub. Bu ideya cari ilin aprelində ABŞ tərəfindən dəstək aldıqdan sonra mütəmadi olaraq gündəmə gəlməyə başlayıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol