• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Yunker: Türkiyə vizasız rejimi almaya bilər

Yunker: Türkiyə vizasız rejimi almaya bilər
13.05.2016 14:47
Razılaşmada göstərilən bütün şərtləri yerinə yetirməzsə, Türkiyə vətəndaşları üçün vizasız rejimə dair Aİ ilə razılaşma pozula bilər.

Oxu.Az "korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.

"Biz əminik ki, bütün şərtlərin yerinə yetirilməsi vacibdir. Əks halda, Aİ və Türkiyə arasında bu razılaşma olmayacaq”, - Yunker vurğulayıb.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Türkiyənin terror əleyhinə qanunvericiliyində dəyişikliklərin edilməsi viza rejiminin liberallaşmasına dair qərarın qəbul edilməsi üçün qoyulan şərtlərin siyahısına daxil idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu müddəaya qarşı çıxır. O, bu şərti yerinə yetirməkdən imtina edərək Aİ-ni ikiüzlülükdə ittiham edir.  

"Əgər prezident Ərdoğan ölkəsinin vətəndaşlarının Avropada sərbəst səyahətinə etiraz etmək qərarına gəlibsə, bunu Türkiyə vətəndaşlarına izah etməlidir. Bu mənim yox, onun problemidir”, - Yunker deyib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol